
CIRCIRAMAis. zool. Əlvan qanadları uçarkən cır-cır səsi verən uzungövdəli cücü. Cırcırama yaz, bahar; Nəğmə oxur biqərar. A.Səhhət. Xoş sükut içində yalnız cırcıramaların aramsız, yeknəsəq səsi eşidilirdi. İ.Əfəndiyev.
□ Yayın cırcıramasında yayın ən isti çağında. [Çiçək:] Bilmirəm yayın cırcıramasında bu nə kurs idi? B.Bayramov. Paylaşın - Hamı bilsin
|