İzahlı lüğət

CƏSARƏTLİ (ID - 5970)

sif. Cürətli, igid, ürəkli, qoçaq. Taqət kəsən qarlı külək gərçi davam edirdi; Cəsarətli Əhməd lakin qeyrət ilə gedirdi. A.Səhhət. Yaşar cəsarətli olmağa çalışdı. M.Rzaquluzadə.

CƏSARƏTLİLİK (ID - 5971)

is. Cəsarətli adamın hal və keyfiyyəti; qoçaqlıq, hünərlilik, igidlik, zirəklik. Futbol adamlarda kollektivçilik, iradəlilik, çeviklik, dözümlülük, cəsarətlilik, vəziyyəti düzgün qiymətləndirmək və bir çox başqa xüsusiyyətləri...

CƏSARƏTSİZ (ID - 5972)

sif. Qorxaq; cəsarəti, cürəti olmayan, ürəksiz, ağciyər. Cəsarətsiz adam. Cəsarətsiz hərəkət.
// zərf Qətiyyətsiz, çəkinərək; qorxa-qorxa, çəkinə-çəkinə, cəsarət etmədən. [Xanım:] Bilməyirəm, necə kitab verim ki,...

CƏSARƏTSİZLİK (ID - 5973)

is. Cəsarətsiz adama xas olan hal; qorxaqlıq, ürəksizlik, ağciyərlik. Cəsarətsizlik göstərmək.

CƏSƏD (ID - 5974)

is. [ər.] 1. Meyit, ölü bədəni. ..Dar ağaclarından asılmış yırğalanan qara cəsədlər görür, ürəkparçalayan ana fəryadı eşidirdim. M.Rzaquluzadə. Vuruşmada tələbələrdən biri öldü. Camaat və tələbələr onun qanını üzünə...

CƏSƏDLİ (ID - 5975)

sif. Bədəncə, boyca iri, gövdəli, vücudlu, cüssəli. Sona xala yalan, yaltaqlıq, alçaqlıq sevməz, sağlam, erkəktəbiətli, ucaqamətli, cəsədli bir qadın idi. Axundov.

CƏSİM (ID - 5976)

sif. [ər.] Böyük, iri, yekə, gövdəli, cəsamətli, əzəmətli. Tolstoyun, güllələrlə deşilmiş Hacı Muradı ayaq üstə qalxaraq, sonra ölü bir halda yerə yıxılarkən, adama elə gəlir ki, qoca, cəsim bir dağ uçub tökülür. C.Cabbarlı....

CƏSUR (ID - 5977)

sif. Cəsarətli, igid, qoçaq, qorxmaz, ürəkli. Mərdan sağlam, cəsur bir uşaq idi. S.S.Axundov. [Ceyran] cəsur, mətin, qəhrəman bir qadın idi. S.Hüseyn.

CƏSURANƏ (ID - 5978)

zərf [ər. cəsur vəfars. .. .anə] Qorxmadan, çəkinmədən; cəsur, qoçaq adama yaraşan bir tərzdə; igid kimi, igidcəsinə, qoçaqlıqla, cəsarətlə. Cəsuranə meydana atılmaq.

CƏSURLUQ (ID - 5979)

is. Cəsarət, igidlik, qoçaqlıq, ürəklilik, qorxmazlıq.

CƏVANƏ (ID - 5980)

sif. [fars.] köhn. Cavan qadın (qız). Haşım ev sahibinin qocalığım və onun zövcəsinin cavanə olduğunu görüb, Hacı Məhəmmədin məsləhətiniyadına saldı. B.Talıblı.

CƏVƏRƏN (ID - 5981)

is. Balaca səbət, qovsara. Bir cəvərən tut. - Piri kişi özü bir səbət götürdü və Qaraca qıza da bir cəvərən verdi. Axundov.

CƏZA (ID - 5982)

is. [ər.] Hər hansı təqsirə, cinayətə, pis əmələ qarşı tətbiq edilən təsir tədbiri. Yüksək cəza. Şiddətli cəza. - Güldəstə, sənin cəzan ağır olacaq. H.Seyidbəyli.
□ Cəza almaq - bax cəzalanmaq. ..Sən üç böyük...

CƏZALANDIRILMA (ID - 5983)

“Cəzalandırılmaq”dan f.is.

CƏZALANDIRILMAQ (ID - 5984)

məch. Cəza verilmək, cəzaya məhkum edilmək.

CƏZALANDIRMA (ID - 5985)

“Cəzalandırmaq”dan f.is.

CƏZALANDIRMAQ (ID - 5986)

f Cəza vermək, cəzaya məhkum etmək, cəzaya layiq olanm cəzasını həyata keçirmək. [Firəngiz Şahinə:] Əgər günahının əzabını çəkmisənsə, səni ikinci dəfə cəzalandırmaq insafsızlıq olar. B.Bayramov.

CƏZALANMA (ID - 5987)

“Cəzalanmaq”dan f.is.

CƏZALANMAQ (ID - 5988)

f Cəza almaq, cəzaya məruz qalmaq.

CƏZANƏ (ID - 5989)

cəzanə gəlmək yaxud canı cəzana gəlmək - təngə gəlmək, cana gəlmək, bıqmaq, usanmaq. Tərlanım sar əlindən, Dərd çəkir xar əlindən. Canım cəzana gəldi; Bivəfa yar əlindən. (Bayatı). [Şah Mirzə Təqiyə:] Bəsdir, daha mən...

CƏZAVERİCİ (ID - 5990)

is. Cəzaya məhkum edən, cəzalandıran, cəza vermək məqsədi daşıyan. Cəzaverici orqanlar.

CƏZB (ID - 5991)

is. [ər.]: cəzb etmək - özünə tərəf çəkmək. Cins cinsini həmişə cəzb eylər; Yoxdu bu işdə söhbəti-digər. S.Ə.Şirvani. Aslanın zirəkliyi, hazırcavablığı, onun alnının genişliyi, bəzən böyüklərə məxsus bir əda ilə...

CƏZBEDİCİ (ID - 5992)

sif. Cəzb edən, cazibədar, cazibəli, məftunedici. Cəzbedici gözəllik. Cəzbedici gözlər. - Gəncliyin əlvan tabloları yenə də öz cəzbedici pərdəsini Hüsaməddinin qarşısında açdı. M.S.Ordubadi. [Nil] yetişmiş gözəl bir qız...

CƏZBEDİCİLİK (ID - 5993)

bax cazibəlilik.

CƏZBETMƏ (ID - 5994)

is. fiz. Cisimlərin biri-birini cəzb etməsindən ibarət fıziki hadisə; cazibə.

CƏZƏ-FƏZƏ (ID - 5995)

is. [ər.] dan. Bir şeylə razı olmadığını, etirazını bu və ya başqa hərəkəti ilə bildirmə. [Karvanın adamları] ..Məmmədə yaxın gəldilər və soruşdular ki, onun bu cəzə-fəzəsinə səbəb nə olubdur? E.Sultanov. [Cəbi:] Ağa,...

CƏZM (ID - 5996)

is. [ər.] 1. köhn. Kəsmə, qət etmə.
Qəti surətdə qərarlaşdırma.
Ərəb əlifbasında sükut və hərəkətsizlik əlaməti.

CƏZİRƏ (ID - 5997)

[ər.] Ada. Neçə böyük cəzirələr yoxa çıxdı dənizlərdə; Qılınc çalan min bir fateh ad qoymadı heç bu yerdə. N.Rəfibəyli.

CIBBILI, CIBCIBBILI (ID - 5998)

sif. dan. Çox balaca, bapbalaca, xırdaca, cıqqılı. .. [Hində] bala-bala cücələr var, bax belə-belə cıbcıbbılı, ətcəbala. S.Rəhimov.

CIBIRIQ (ID - 5999)

is. Qozun üst göy qabığı, yaxud üst göy qabığı çıxarılmış qoz.
□□ Cıbırığını çıxartmaq - 1) bərk döymək, əzişdirmək; 2) tamam soymaq, müflis eləmək, var-yoxunu əlindən almaq.

CIDIR (ID - 6000)

is. 1. At yarışı. Azərbaycanda cıdırın qədim tarixi var.
□ Cıdıra çıxmaq - at yarışma çıxmaq, at yarışmda iştirak etmək, at çapmaqda yarışmaq. At minib cıdıra çıxmaq.. qılınc oynatmaq [Kiçikbəyim] üçün təbii bir...

CIDIRÇI (ID - 6001)

is. Cıdıra çıxan, cıdırda iştirak edən şəxs. Gedir düzə çıxanda; O, qulanı çaparaq; Hamı deyir: - Cıdırçı; Olacaqdır bu qoçaq. M.Dilbazi.

CIĞ (ID - 6002)

is. bot. 1. Torpağın üstünü basan süpürgəvari ot. [Elçin] altına cığ tökdü .. özünə rahat yer düzəltdi. M.Rzaquluzadə.
2. Dənizotu.

CIĞA (ID - 6003)

bax cıqqa 1-ci mənada. Yanaşsa üzünə müştaq dəhanlar; Nəfəs dəyər, cığaları yellənər. Qurbani. Əsmə, səba yeli, titrəmə çöllər; Cığalar tərpənib tel inciməsin. Aşıq Abbas. Çəpkəni hər rəng çalır; Tovuzun cığası...

CIĞAL (ID - 6004)

sif. Oyun zamanı oyunun qaydalarını pozmağa və haqsız olduğu halda mübahisə etməyə adət etmiş adam. [Həbibə] saçı dağınıq, ayaqyalın, arıq, cılız, cığal bir uşaq idi. Mir Cəlal. Əvvəllər kənd uşaqları, “xan cığal...

CIĞALBAZ (ID - 6005)

sif. [cığal və fars. ...baz] Cığallıq etməyi sevən, həmişə cığallıq edən. Cığalbazı (is.) oyundan kənar etmək.

CIĞALBAZLIQ (ID - 6006)

is. Cığallığı adət etmə, həmişə cığallıq etmə; cığallıq.

CIĞALLAMA (ID - 6007)

“Cığallamaq”dan f.is.

CIĞALLAMAQ (ID - 6008)

f. Qəsdən oyunun qaydalarını pozmaq, cığallıq eləmək.

CIĞALLIQ (ID - 6009)

is. Cığal adamın xasiyyəti, hərəkəti; oyun qaydalarını qəsdən pozma. Cığallıq eləmək. - [Səlim Zəmişana:] Bircə kasa bozbaşına beş tərif deməsəm, hər hikkənə, cığallığına tab gətirməsəm, kasanı adam olanın başına...

CIĞARA (ID - 6010)

[isp. cigarra] Siqaret, papiros. Cığara çəkmək. Cığara qutusu. - Sarışın, həssas baxışlı Şeyda isə cığaranı dumanladaraq, əli alnında düşünüb durur. H.Cavid. Əbdül ağa ağac müştükə keçirdiyi barmaq yoğunluqda cığarasını...

CIĞ-BIĞ, CIĞ-VIĞ (ID - 6011)

CIĞ-CIĞ1 (ID - 6012)

bax cığ-bığ.

CIĞ-CIĞ2 (ID - 6013)

is. zool. Qağayı cinsindən xırda suquşu, çay-göl qağayısı.

CIĞCIĞA1 (ID - 6014)

is. etnoq. 1. Gəlin gedən qızların Başına salman qızıl parıltılı bəzək şeyi. Gəlinin və yengələrin duvaqları aşağı salındı, üzlərinə duvağın üstündən cığcığa taxılmışdı. Çəmənzəminli.
// Bəzək üçün...

CIĞCIĞA2 (ID - 6015)

is. bot. Çiy-çiy yeyilən, yaxud qutabm içinə qoyulan yabanı ot.

CIĞILDAMA (ID - 6016)

“Cığıldamaq”dan f.is.

CIĞILDAMAQ (ID - 6017)

f. Cığ-cığ səs çıxarmaq, cığıltı səsi çıxarmaq. Əlikramın cəhəngləri köpüklənsə də, səsi gücsüz cığıldadı. B.Bayramov.

CIĞILDAŞMA (ID - 6018)

“Cığıldaşmaq”dan f.is.

CIĞILDAŞMAQ (ID - 6019)

f. Cığıltı səsi çıxarmaq. [Nəcəfalı] ağacın dibindən aralananda ayaqlarını atdıqca qozlar cığıldaşırdı. B.Bayramov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed