
CƏZBis. [ər.]: cəzb etmək - özünə tərəf çəkmək. Cins cinsini həmişə cəzb eylər; Yoxdu bu işdə söhbəti-digər. S.Ə.Şirvani. Aslanın zirəkliyi, hazırcavablığı, onun alnının genişliyi, bəzən böyüklərə məxsus bir əda ilə dərin fikirlərə getməsi müəllimin diqqətini bir ahənruba kimi özünə cəzb edirdi.. S.Rəhimov;
// məc. özünü istətmək, heyran etmək, məftun etmək. Cəzb eyləməsəydi onu şuri-ləbi-Şirin; Dağlarda külüng çalmaz idi başına Fərhad. S.Ə.Şirvani. Gülaranın alma kimi qızarmış yanağı, qaynar bulağa bənzər gözləri ilk baxışdan Musanı cəzb etmişdi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|