
CƏZANƏcəzanə gəlmək yaxud canı cəzana gəlmək - təngə gəlmək, cana gəlmək, bıqmaq, usanmaq. Tərlanım sar əlindən, Dərd çəkir xar əlindən. Canım cəzana gəldi; Bivəfa yar əlindən. (Bayatı). [Şah Mirzə Təqiyə:] Bəsdir, daha mən cəzana gəldim - hər kəsdə zülm görürsənsə, edam et, çəkdir dara, dağıt zülmü! C.Cabbarlı. Qaçaq Nəbinin əlindən Nikolay padşahın canı cəzana gəlmişdi. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|