İzahlı lüğət

CƏZA

is. [ər.] Hər hansı təqsirə, cinayətə, pis əmələ qarşı tətbiq edilən təsir tədbiri. Yüksək cəza. Şiddətli cəza. - Güldəstə, sənin cəzan ağır olacaq. H.Seyidbəyli.
□ Cəza almaq - bax cəzalanmaq. ..Sən üç böyük cinayət etmisən, buna görə cəza alacaqsan. Axundov.[Məmmədov:] Bunun üçün mən lazımi cəza almışam. H.Seyidbəyli. Cəza görmək - cəzalandırılmaq. Cəza vermək b ax cəzalandırmaq. Az qaldı söyləsin, günah işlədin; Sənə cəza verən əməllərindir. M.Rahim. Cəzasına yetirmək (çatdırmaq) - etdiyi cinayətə, təqsirinə görə cəzasmı vermək, cəzalandırmaq. [İsgəndər:] Ay bacı, kaş sağ olaydın, öz gözünlə görəydin ki, sənin namusuna sataşanı necə cəzasına yetirmişəm. E.Sultanov. [Həsən:] Əgər ədalət var isə, gərək zalımı cəzasına çatdırsın. Ə.Haqverdiyev. Cəzasını almaq - öz pis əməlinə, etdiyi cinayətə görə cəzaya məruz qalmaq, cəzaya düçar olmaq, cəza çəkmək. Cəzasını çəkmək- 1) b ax cəzasını almaq; 2) öz qüsurunun və ya ehtiyatsızlığmm zərərini çəkmək, altmı çəkmək.
□□ Allah cəzasını versin - b ax Allah canını alsın (“Allah”da). Cəza dəstəsi; cəza ekspedisiyası - əməkçilərin narazılığını boğmaq və onlara divan tutmaq üçün yaradılan hərbi polis dəstəsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......