
CƏNUBis. [ər.] 1. Dörd cəhətdən biri, şimal əksi. Kompas cənubu göstərir.
// Şimala müqabil olan səmt, tərəf. Calus Xəzərin cənub sahilində yaşıl bir şəhərdir. M.İbrahimov. // Bir ölkənin, dövlətin, qitənin həmin istiqamətdə yerləşən ərazisi, hissəsi. ..Buludlar parçalanıb cənuba doğru axışmağa başladı. Ə.Məmmədxanlı. İsti iqlim qurşağında yerləşən ölkə, ərazi. İstirahəti cənubda keçirmək. Cənub bitkiləri. - Durnalar dəstə-dəstə göydə uçar; Oxuyar nəğmələr, cənuba qaçar. A.Səhhət. Cənubda iki ölkəyə sərhəd olan səngərlər birpalaz kimi sərilmişdi. M.Hüseyn. Cənubda mart girən zaman; Əsil gözəl bahar olur. M.Dilbazi. Paylaşın - Hamı bilsin
|