İzahlı lüğət

CƏHL

is. [ər.] 1. Nadanlıq, avamlıq, cahillik, cəhalət. Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani. Cəhlin əllərində qılınc görürsən; Ağlın ayağında qara bir tikən. M.Müşflq.
2. sif. Çox kəc, çox tərs, inad. Cəhl adam.
Cəhl etmək (eləmək) - tərslik eləmək, kəclik göstərmək, inad eləmək. Fərəc bəyin naqis cəhətlərindən birisi də nahaq yerə xırda işdən ötrü cəhl eləməsi, öz dediyini sübuta çatdırmağa çalışması, haqqı batil eləməsi imiş. Ə.Vəliyev. Cəhlə salmaq düz şeyi dolaşığa, çətinə salmaq. [Şirzad Rüstəmə:] Bəli, siz gərgin işləməkdən qorxursunuz! Belə olmasaydı, aydın mətləbi cəhlə salmazdınız. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed