İzahlı lüğət

CƏHD

is. [ər.] Bir işi yerinə yetirmək və ya bir şeyi əldə etmək üçün ciddi çalışma, səy və qeyrət göstərmə. [Vaqif:] Mirzə Əliməmməd, mənə elə gəlir ki, “cəhd çarıq yırtar!” doğru məsəldir. Çəmənzəminli. Sübhanverdizadənin bütün cəhdləri əbəs yerə qanad çalan kor yatalaq kimi uçub getdi. S.Rəhimov.
□ Cəhd etmək - çox çalışmaq, səy və qeyrət göstərmək, cidd-cəhd etmək, can yandırmaq. [Mehriban] nə qədər cəhd edir, cəld işləməyə çalışırdısa da, olmurdu, tez-tez çaşırdı. H.Seyidbəyli. Hər dəfə udqunub nəfəs almağa cəhd etdikcə [Əlləzoğlu] qızarıb pörtür, nazik boğazının damarları şişib, barmaq yoğunluğunda olur. İ.Hüseynov.
// Məqsəd. Cəhdin nədir?
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed