
CAN-BAŞis. Adamın cismani və mənəvi halı; canlı dildə səhhət mənasında işlənilir. Canın-başın salamatdırmı? Canın-başın necədir? - [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub.. qərəz, canı-başı salamat, təndürüst və müqtədir bir halda ikən indi çox həqir və məyus görünürdü. F.Köçərli. Odur ki, canımız-başımız sağdır; Elin yanında da üzümüz ağdır. S.Vurğun. İyirmi dörd yaşlı, canı-başı sağlam, istiqanlı bir oğlan özünü nə qədər saxlayacaqdı. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|