İzahlı lüğət

CANLANDIRMAQ

f 1. Can vermək, diriltmək. Xanlar belə bir insanı canlandırıb yarada bilərmi? S.Rəhimov.
// Ayıltmaq, özünə gətirmək. Özündən getmiş adamı canlandırmaq. - Bu fikirlər Veranı canlandırdı. S.Rəhman. [Hüseyn:] Onda canlandırar üfüqlər məni; İstəyənlər baxıb görərlər məni... M.Rahim.
// məc. Yeni həyat vermək, dirçəltmək, şənləndirmək; canlı göstərmək. Dəmir yol ucqar yerləri canlandırdı.
[Aktyor] surətin fərdi, insani, psixoloji gözəlliyini və zəifliyini də canlandıra bilir. M.İbrahimov. Mühəndislər, fəhlələr gəldilər. Onlar boz səhranı canlandırdılar.
məc. Unudulub getmiş, yox olmuş bir şeyi hafizədə bərpa etmək, yada salmaq, onun haqqında aydm təsəvvür yaratmaq. [Kərimxan] xəyalında həyatının başqa sahələrini canlandırmağa çalışır. M.İbrahimov. İndi isə şairin şüuru bu gecə gördüyü xarabadan mütəəssir olaraq, bir vaxtlar zəif bir duman kimi tutub saxladığı o qorxunc mənzərələri yenidən canlandırır.. Ə.Məmmədxanlı.
məc. Gücləndirmək, fəaliyyətini daha da artırmaq. Kənddə ticarəti canlandırmaq. İşləri canlandırmaq lazımdır. Dərnəyin fəaliyyətini canlandırmaq.
Şənləndirmək, hərəkətə gətirmək. Qəhrəman sakit olmuş məclisi canlandırdı. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CEM

CUR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed