İzahlı lüğət

CAN(LA)-BAŞLA

zərf Çox həvəslə, ürəkdən, səy və qeyrət göstərərək. Can(la)-başla işləmək. Can(la)-başla razı olmaq. - Nə qədər varsa bu dünyada sevinc inciləri; Öz böyük qəlbinə can-başla yığırsan gecələr. S.Rüstəm. Fərman can-başla çalışmaq, işin nəzəri cəhətini öyrənmək sayəsində püxtələşmiş və öz işinin ustası olmuşdu. Ə.Sadıq. [Hümmət Fərəcova:] Çox gözəl, xoş gəlmisiniz, nə qulluğunuz olsa, can-başla təşkil etməyə hazırıq. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed