İzahlı lüğət

COŞMAQ

f 1. Şiddətlənmək, çox güclənmək, gurlamaq, tüğyan etmək; daşmaq, kükrəmək (təbiət hadisələri haqqında). Tufan getdikcə coşur. Dəniz coşmuşdu. - Bu çaylar coşar indi; Qaynayıb daşar indi; Gözüm dağlarda qalıb; Yar gəlib aşar indi. (Bayatı). Kükrəsin şəlalə; Coşsun, çağlasın; Dağların ərköyün balasıdır o. N.Xəzri. ..Dəniz Ümidin xəyalları kimi coşub çaxnaşırdı. B.Bayramov.
// məc. Qızışmaq, qaynamaq, cuşa gəlmək. ..Məhəbbət coşdu, məni bürüdü, “Ruqiyyə, Ruqiyyə ” dedirtdi. A.Divanbəyoğlu. [Qubernator:] İnsan qan yığdıqca coşar, qan verdikcə susar. C.Cabbarlı.
məc. Özündən çıxmaq, hirslənmək, qızışmaq, qəzəblənmək. Coşub, qabağım saxlamaq mümkün deyil. Niyə belə coşmusan?
Tahir istər-istəməz təmkinini pozaraq coşdu. S.Rəhimov. [Usta:] Ay arvad, ay Gülpəri, coşma görək, axır nə olub ki? M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CE

COD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed