İzahlı lüğət

COĞRAFİYA

[yun. gegraphia - Yerin təsviri] Təbii və istehsal ərazi komplekslərini tədqiq edən təbiyyət və ictimai elm sahəsi.
İqtisadi coğrafiya - ictimai istehsalın yerləşməsi və müxtəlif ölkələrdə və rayonlarda onun inkişaf şəraiti və xüsusiyyətlərindən bəhs edən elm. Fiziki coğrafiya insan cəmiyyətini əhatə edən təbii şəraiti (relyef, iqlim, bitki və heyvan aləmi, torpaq və i.a.) öyrənən elm.
// Yer üzündə bir şeyin yayılması haqqında tədqiqat. Bitki coğrafiyası. Heyvanlar aləminin coğrafiyası. Torpaqların coğrafiyası.
// Coğrafiyadan bəhs edən fənn. Coğrafiyadan tapşırıq. Coğrafiyadan imtahan vermək. Coğrafiya müəllimi.
// Coğrafiyadan dərs kitabı, dərslik.
□□ Dilçilik coğrafiyası - dilçiliyin, ayrı-ayrı dil hadisələrinin (fonetik, qrammatik, leksik) yayılması hüdudlarını öyrənən bəhsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CAD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed