İzahlı lüğət

CÖVLAN

is. [ər.] Dolanma, hərlənmə, dövri hərəkət; dövretmə, dövran. Könlüm bulanır küçədə cövlanını görcək; Nitqim tutulur hərzəvü hədyanını görcək. M.Ə.Sabir. Qarlı küləyin cövlanı sakitləşmək əvəzinə daha qüvvətlə davam eləməkdə idi. B.Bayramov.
Cövlan etmək (vurmaq) - dolanmaq, hərlənmək, fırlanmaq, dövr etmək, dövrə vurmaq. Odur, atlılar dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər. Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəf çapırlar, bunlar hamısı cövlan edirlər. C.Məmmədquluzadə. [Dəli Səmədin] axşamadək peşəsi şəhəri cövlan etmək idi. Çəmənzəminli. Bəndalı qəfəsdən çıxmış aslan kimi cəld balaca açıq həyətdə bir cövlan vurdu. Mir Cəlal. Cövlana çıxmaq - gəzməyə, dolanmağa çıxmaq. Əlioğlu Qara oğlan xallı atın belində cövlana çıxmışdı. S.Rəhimov. Gəl, gəl çıxaq cövlana; Qoy qızışsın ortalıq. M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed