İzahlı lüğət

COŞUB-DAŞMAQ

f 1. Güclənmək, şiddətlənmək, artmaq, gurlamaq, kükrəmək. Sel coşub-daşır. - Bu çay coşub-daşanda nə qanlar eləməmişdi. Çəmənzəminli. Külək də birdən əsdi; Coşdu-daşdı dalğalar.
Hüseynzadə. [Camal:] Qorxma, uçmaz, dəniz nə qədər coşub-daşsa da, heç nə eləyə bilməz. M.Süleymanov.
B a x coşmaq 2-ci mənada. Bu söz üzərinə şişman adam coşdu-daşdı, ağzı köpüklənərək: - Bu sözün sənə neçəyə mal olacağını bilmirsən? A.Şaiq.
məc. Bir şeyin çoxluğunu, güclü təzahürünü bildirir. Tarlada iş coşub-daşır. Bu əlamətdar günlərdə xalqın yaradıcılıq əzmi coşub-daşır.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CUR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed