
CÖVHƏRis. [ər. əsli farsca “gövhər”dənj
Hər hansı bir üzvi maddənin distillə və s. kimyəvi üsulla ayrılan yığcam məhlulu, şirəsi. Nanə cövhəri (bax cövhərnanə). □ Cövhərini çəkmək - distillə etmək, distillə vasitəsilə cövhərini, xülasəsini almaq. köhn. Neft, ağ neft. [Hacı Sultan] Hərdən qənd və cövhər də alıb satır.. S.Hüseyn. [Şərəf xala:] Qəbir üstünə getmişdim. Gec qayıtdım. Cövhər ala bilmədim, dükanlar bağlı idi. H.Sarabski. məc. Bir şeyin (əsərin, sənədin, yazının, nitqin və s.-nin) qısa, yığcam xülasəsi, əsas qayəsi, məğzi: əsil mətləb. // məc. Əsil, mayə, zat, kök. Eşq dərdi, ey müalic qabili-dərman deyil; Cövhərindən eyləmək cismi cüda asan deyil. Füzuli. Paylaşın - Hamı bilsin
|