İzahlı lüğət

CARÇI

is. 1. köhn. Car çəkən, uca səslə bir xəbəri və s. camaata elan edən, bildirən. [Koroğlu] elə təzəcə bazara girmişdi, bir də gördü, carçılar car çəkirlər. “Koroğlu”. ..Carçılar ortada gəzib, müxtəlif xəbərlər verirdilər. S.Rəhman.
2. məc. tənt. Müjdəçi, bir şeyin ilk xəbərçisi. Azərbaycan torpağı və Azərbaycan xalqının böyük iftixarı olan Nizami bütün dünyada humanizmi tərənnüm edən intibah dövrünün ilk carçısı idi. M.İbrahimov. Sülh carçısıyıq biz, uzun illər bilir aləm; Məşhur Azərbaycan alimi M.F.Axundzadə İran inqilabının ilk carçısı olmuşdur. P.Makulu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed