
CANSIZsif. 1. Canlılar aləminə mənsub olmayan, canı olmayan. Cansız təbiət. Cansız materiya.
// Həyat əlaməti olmayan, ölü, ruhsuz. Cansız bədən. 2. Ölgün, tabsız, gücsüz, taqətsiz, zəif. Gülsüm öz yerində belə möhkəm oturmuşdu ki, deyəsən, cansız bir şeydir. C.Məmmədquluzadə. [Hacı Mehdi:] And olsun Allaha, vuraram, zəif, cansız canın çıxar. Ə.Haqverdiyev. // Arıq, sısqa, cılız. Emma cansız, arıq, nazik, lətif bir alman qadını idi.. E.Sultanov. İmran kişi üzdən arıq və cansız görünən, ucaboy, şaxdayanan, düzqamətli bir kişi idi. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|