
CAVABSIZsif. və zərf Cavabı olmayan, cavabı verilməyən. Cavabsız məktub. Cavabsız suallar. Bir dənə ərizə cavabsız qalmamalıdır.
// Məc. mənada. Ellər talan olur, vergilər ağır; Göylər cavabsızdır, buludlar sağır. S.Vurğun. Cavabsız eşqinin təlatümündə; Aylar, illər boyu aşıb-daşdı o. Vahabzadə. □ Cavabsız buraxmaq (qoymaq) - cavab verməmək. Sualı cavabsız qoymaq. - Lalə də, fəhlələr də [Qüdrəti] cavabsız buraxdılar. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|