İzahlı lüğət

CASUS

is. [ər.] 1. Məxfı materialları gizli surətdə öyrənib başqalarına çatdıran şəxs. Fəhlələr, Şendrikov qardaşlarının casus olduqlarını söyləyəndə bəzi yoldaşlar buna şübhə ilə baxırdılar. M.Hüseyn. [Bağırxan:] O gedərkən tapşırdı ki, burada ehtiyatlı dolanaq. Arandan gələn hər yad adamı dövlət casusu hesab edək. P.Makulu.
// dan. Birini addım-addım izləyən, hər hərəkətinə göz qoyan, pusan adam haqqında. [Sona:] Casusların ən başçısını tanıdım. H.Nəzərli. Yasavulbaşı bu köhnə casusu [topalı] görən kimi canına lərzə düşdü. M.Rzaquluzadə.
2. məc. Xəbərçi, şeytançılıqla məşğul olan. Məşədinin dostu bir parça ağ kağızda karandaşla casus adlandırdığı tələbənin karikaturasını çəkib, onun altında “casus!” sözünü yazdı.. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed