
CİDDİLƏŞMƏKf 1. Ciddi görkəm almaq, ciddi şəkil almaq, ciddi tövr almaq. - Nəhayət, studentin siması qayət ciddiləşdi; xanıma baxmayaraq otağının qapısını açdı.. Çəmənzəminli. Sədrin üzü ciddiləşdi. İ.Əfəndiyev. Qardaşı oğlunun gözlərində təşviş və həyəcan oxuyanda istər-istəməz Sultanın da sifəti ciddiləşdi. İ.Hüseynov.
2. Güclənmək, şiddətlənmək, gərginləşmək, ciddi şəkil almaq. Mübahisə getdikcə ciddiləşdi. - Məsələ ciddiləşmişdi, xalq həyəcanda idi. S.Hüseyn. Ceyran müəllimənin sinfində dərslər ciddiləşir(di).. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|