
CİDDİLİKis. 1. Ciddiyyət, ağırbaşlılıq, təmkin.
// Ciddi adamın halı. Ruhnəvaz xanım adi ciddiliyi ilə əl verdi və [Qurbanlını] qapıya qədər təşyi etdi. Çəmənzəminli. Qəhrəman gördü ki, oğlu [Sabirdə] böyüklərə məxsus ciddilik əlamətləri özünü göstərməyə başlayır. S.Rəhimov. Adamlarda bir ciddilik, bir gərginlik duyuldu. Mir Cəlal. məc. Ağırlıq, mürəkkəblik, gərginlik. Şəraitin ciddiliyi. İşin ciddiliyi. - [Qəhrəman:] Atəş getdikcə şiddətlənir və vəziyyətin ciddiliyini andırırdı. H.Nəzərli. Paylaşın - Hamı bilsin
|