
CİK-BİKciki-biki, cikinə-bikinə kimi (qədər), cikini-bikini də, cikini də-bikini də - hərtərəfli, ən kiçik təfərrüatına qədər. [Rəşid müəllim:] Yox, usta Əbülqasım, gərək sən bu maşının cikini-bikini tamam-kamal biləsən. S.Rəhimov. [Tahir:] Sən deyirdin, [Lətifənin] nişanlısı var. Mən cikini-bikini öyrənmişəm. Nişanlısı-zadı yoxdur. M.Hüseyn. [Həmzə:] Yaxşı, indi başlayaq ciki-biki ilə hər şeydən danışmağa... Ə.Əbülhəsən. Halbuki biz onların cikini də-bikini də yoxlamışıq.. H.Seyidbəyli.
Paylaşın - Hamı bilsin
|