
CİKKİLDƏMƏKf. 1. Cik-cik səs çıxarmaq (körpə quşlar haqqında). Cikkildəyir quşlar yuvalarında; Köçərilər durmuş ovalarında.
Səhhət. Cik-cik gəldi, cikkildədi; Qanadını büküb dedi: - Yumurtadan çıxdım təzə; Umac verir nənə bizə. M.Dilbazi. məc. dan. Yersiz söhbətə qarışmaq, müdaxilə etmək. Bu nə cikkildəyir? Paylaşın - Hamı bilsin
|