İzahlı lüğət

CİLALAMAQ

f Əşyaya cila vermək, sürtməklə parıldatmaq, parıltı vermək. Qiymətli daşları cilalamaq. Mərcanı cilalamaq.
Əsrlər boyu dalğalar bu daşları elə yuyub cilalamışdı ki, onlar güzgü təki bərq vururdu. M.Süleymanov.
// məc. Yaxşılaşdırmaq, təkmilləşdirmək, gözəlləşdirmək. Xalq öz mahnılarını əsrlər boyu cilalayır və təkmilliliyin ən yüksək dərəcəsinə çatdırır. Ə.Bədəlbəyli. Hələ bərkdə-boşda bişməmiş cavan .. düşüncələrini cilalayıb, axırını bir səmtə çıxara bilmədi. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CAZ

......