CİNCİLİMis. bot. Nəm yerlərdə bitən, yatıq gövdəli, xırda güllü yeyilən ot bitkisi. Cincilim qutabı. - Qızlar meşənin ətrafındakı göy çəmənliyi gəzdilər, dolandılar, cincilim, qazayağı yığıb ocaq qaladılar, oturdular, yedilər, aclıqları getdi. (Nağıl). ..Nabat arvad sac asıb cincilim kətəsi salırdı. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|