
CİLVƏLƏNMƏKf Nazlanmaq, naz etmək, əzilib-büzülmək. Tavus kimi cilvələnə hər səhər; Bəzək verə camalına sərbəsər. M.P.Vaqif. Görürsənmi oğrun baxan gözəli; Tərlan kimi necə cilvələnibdir? Aşıq Ələsgər ..Xanım rübəndi və çarşabı atıb, mərsiyəxanın qarşısında cilvələnməyə başladı. Çəmənzəminli.
// Məc. mənada təşbehlərdə. Su üstündə cilvələnir; Söyüdlərin yarpaqları. B.Vahabzadə. Paylaşın - Hamı bilsin
|