İzahlı lüğət

CADU

is. [fars.] 1. Sehr, sehrbazlıq. [Xanpəri:] [Dərvişin] cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatda məni qocamdan boşadar. M.F.Axundzadə. [Xırda xanım:] Ağa dərviş, deyirlər siz cadu ilə möcüzələr görsədirsiz, doğrudurmu? N.Vəzirov. Məmmədsadıq kişi caduya, fala, falçıya inanan deyildi. B.Bayramov.
□ Cadu eləmək, caduya salmaq - bax cadulamaq. [Xala Yunusa:] [Yaqutun anasının] ağzı qurusun, sənə qarğış edirdi. Deyir, qızımı caduya salıbdır. Ə.Məmmədxanlı.
2. Obrazlı təşbehlərdə: valehedici, füsunkar mənasında. Cadu baxışlar. Cadu tellər.
Atdı müjgan oxun, keçdi sinəmdən; Cadu qəmzələri canıma düşdü. Aşıq Ələsgər. Bir şux qıya baxdı, huş aldı sərdən; O cadu gözlərdə bir cadu gördüm. Aşıq Dilqəm. Bir qızım var ki, bu cahan canı; Gözləri məst, qəmzəsi cadu. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed