
CAH-CALALLIsif. 1. Təntənəli, dəbdəbəli, təmtəraqlı, büsatlı, əzəmətli, möhtəşəm. Cah-calallı saray. Cah-calallı ziyafət.
Gecə xanın evində cah-calallı bir məclis qurulmuş, sazandalar öz yerlərini tutmuşdular. Ə.Məmmədxanlı. [Abbas ağa ilə Mahmud] danışa-danışa xeyli yol gəlmişdilər. Bu zaman qarşıdan gələn cah-calallı bir dəfn mərasiminə rast gəlib, söhbətlərini kəsdilər. P.Makulu. 2. Qaş-daş içində olan, bəzəkli. Leylək. cah-calallı xanımın qabağında nə qədər qul kimi dayanıb onun ağ pambıq əllərinə su töksə də, xanım onu saya salmır, meydanın ortasına sancılan ələm ağacınca hesab eləmirdi. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|