İzahlı lüğət

ÇAĞIRILMAQ

“Çağırmaq”dan məch. İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi. M.S.Ordubadi. Bəndalı təqsirini etiraf etmədiyi üçün təzə şahidlər çağırılmışdı. Mir Cəlal.
□□ Çağırılmamış qonaq - dəvətsiz olaraq bir yerə gəlmiş, yaxud arzu olunmadığı və ya gözlənilmədiyi halda gəlmiş adam haqqında. Çağırılmamış qonağın gəlməsi [Məstan bəyi] pərt etdi. B.Talıblı. Atlıxanla Güləndam özlərini bikef göstərsələr də sevinirdilər ki, binənin suyunu bulandıran bu çağırılmamış qonaq axırı ki, çıxıb gedir. İ.Məlikzadə. Çağırılmış bayatı - çoxdan deyilmiş, çoxdan məlum olan, artıq əhəmiyyəti, mənası olmayan sözlər haqqında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed