İzahlı lüğət

Ç (ID - 6485)

Azərbaycan əlifbasının dördüncü hərfi. Bax çe.

ÇADIR (ID - 6486)

is. Su buraxmayan parçadan düzəldilən müvəqqəti yaşama, daldalanma yeri. Çadır qurmaq. Brezent çadır. - Feldşer çadıra gələndə yaralı yenə də dişlərini qıcıldadır, ufuldayırdı. M.Hüseyn. Midhəd çadırdan çıxdıqdan sonra...

ÇADIRÇI (ID - 6487)

is. köhn. Çadır ustası. [Çadırçı usta:] Bizə yoldaşdı o rəhmətlik baban; Bir çadırçıydı o da. H.Cavid.

ÇADRA (ID - 6488)

is. Qadınların başdan topuğacan bədənlərini örtmək üçün işlətdikləri bürüncək; çarşab. Çadra örtmək. - [Cahan:] ..Qoy elə bu güncə çadramı başıma salıb gedim, [Əsgər] üçün qız bəyənib seçim. Ü.Hacıbəyov. Külək...

ÇADRALI (ID - 6489)

sif Çadra örtmüş, başmda çadra olan; çarşablı. Çadralı qadın. - Öncə gələn atın üstündə ağır gövdəli, ağ çadralı bir xanım oturmuşdu. Çəmənzəminli. [Murad] bir gün küçə ilə keçərkən qarşısına çadralı bir qız...

ÇADRASIZ (ID - 6490)

sif Çadra örtməmiş, başmda çadra olmayan; çarşabsız, üzüaçıq. Çadrasız arvad.

ÇAĞ1 (ID - 6491)

is. Vaxt, zaman. Bu çağacan harada qalmısan? Nə çağacan sənigözləyək? - Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa yayıldı. İ.Şıxlı.
□□ Oğlan çağı (çağında) - bir şeyin...

ÇAĞ2 (ID - 6492)

sif 1. Sağlam, saz, hələ əldən düşməmiş. Çox da qocalmışam, hələ ki, çağam; Bir az namus, qeyrət, ar sinəmdə var. Aşıq Ələsgər.
□ Çağ olmaq - sağlam olmaq, saz olmaq. Nələrə dözməmisən, sağ ol, mənim ürəyim!...

ÇAĞA (ID - 6493)

is. dan. Körpə uşaq. Aygün alıb çağasını bağrına basır; Analara təsəllidir dar gündə övlad. S.Vurğun. Bu anda çağa qışqırdı, onun həyat qədər güclü və sağlam səsi atasının sözlərini təsdiq edirdi. M.Hüseyn.

ÇAĞALIQ (ID - 6494)

is. Uşaqlıq, körpəlik. Çağalıq dövrü.

ÇAĞILTI (ID - 6495)

ÇAĞIRICI (ID - 6496)

sif. Çağıran. [Qadının] amiranə çağırıcı ahəngi mübarizə və qələbə ruhu ilə doludur. R.Rza.

ÇAĞIRILMA (ID - 6497)

“Çağırılmaq”dan f.is.

ÇAĞIRILMAQ (ID - 6498)

“Çağırmaq”dan məch. İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi. M.S.Ordubadi. Bəndalı təqsirini etiraf etmədiyi üçün təzə şahidlər çağırılmışdı. Mir Cəlal.
□□ Çağırılmamış qonaq -...

ÇAĞIRIM (ID - 6499)

is. Səs gedib çatan məsafə. İki çağırım qədər getmişdik ki, uzaqda biçinçilərin oraqlarının qat-qarışıq səsləri qulağımıza yetişdi. A.Şaiq. [Qaraca Çoban] hər çağırımda növbətçi qoymalarını, hər ehtimala qarşı...

ÇAĞIRIŞ (ID - 6500)

is. 1. Çağırma, səsləmə; çağırma səsi. [Qəhrəman] dayanıb bu çağırış səsini dinləyirdi. S.Rəhimov. Şahpəri altdan-üstdən geyinib Daşdəmirin çağırışına getdi. B.Bayramov.
Bir rəhbər ideyanı, siyasi tələbi qısa...

ÇAĞIRIŞÇI (ID - 6501)

is. Hərbi xidmətə çağırılan adam (gənc). Bakıda Firidunu növbəti çağırışçılara qoşub, Tbilisiyə göndərdilər. Mir Cəlal.

ÇAĞIRIŞMA (ID - 6502)

“Çağırışmaq”dan f.is.

ÇAĞIRIŞMAQ (ID - 6503)

qarş. Bir-birini çağırmaq, səs-səsə verərək çağırmaq. Durna yoldaşları ilə meşə meyvələrindən yığır, kənd qızları bir-birini itələyir, zarafatlaşır, çağırışırdılar. Ə.Vəliyev.

ÇAĞIRMA (ID - 6504)

“Çağırmaq”dan f.is.

ÇAĞIRMAQ (ID - 6505)

f 1. Birinin adını, yaxud təxəllüsünü, ləqəbini ucadan deyərək yanına gəlməsini, yaxınlaşmasmı, ya da cavab verməsini istəmək. Birdən: - Ərbab! - deyə, birinin arxamdan alçaq səslə məni çağırdığını eşitdim. S.Hüseyn....

ÇAĞIRTI (ID - 6506)

is. Çağırış, çağırış səsi.

ÇAĞIRTMA (ID - 6507)

“Çağırtmaq”dan f.is.

ÇAĞIRTMAQ (ID - 6508)

icb. Başqası vasitəsilə çağırmaq. Üç gün sonra Mehribanın atası Ağdaşdan gəlmişdi. Onu teleqrafla Mehriban çağırtmışdı. S.Hüseyn. Verdiyev adam göndərib, layihə bürosundan “vacib iş üçün” Gəldiyevi çağırtdı. Mir...

ÇAĞLAMA (ID - 6509)

“Çağlamaq”dan f.is.

ÇAĞLAMAQ (ID - 6510)

f. 1. Çağıltı ilə axmaq, şırıltı ilə köpüklənərək tökülmək. Şəlalə çağlayır.
Göy otların arasından bulaqlar; Şırıltıyla köpüklənərkən çağlar. A.Səhhət. Nəbi .. qıjıltı ilə gedən çaylara, qayalardan çağlayıb...

ÇAĞLAYAN (ID - 6511)

is. Şəlalə, şırran.

ÇAHARŞƏNBƏ (ID - 6512)

[fars.] bax çərşənbə.

ÇAXÇAX (ID - 6513)

is. 1. Keçmişdə: qapını döymək üçün ona vurulan dəmir toxmaqdan ibarət alət. Məşədi Kazım yenicə oturmuşdu, qapının çaxçaxı vuruldu.. M.S.Ordubadi.
2. Çəpər kimi yan-yana vurulan ensiz taxtalardan hasar; məhəccər.

ÇAXÇUR (ID - 6514)

is. Keçmişdə: qadınların geydikləri balağı büzməli enli şalvar növü. Qadınlar rübənd vurmağa, çaxçur geyməyə macal tapmayıb hara gəldi qaçırdılar. P.Makulu.

ÇAXICI (ID - 6515)

is. Çaxma (2-ci mənada) ustası.

ÇAXIR (ID - 6516)

is. Şərab. Calal başını kənara çəkib üzünü turşudur: - Vallah, dadaş, genə çaxır içmisən. C.Məmmədquluzadə.
□□ Çaxır tuluğu zar. - içki düşkünü.

ÇAXIRÇI (ID - 6517)

is. Çaxır (və b. içkilər) satılan dükan. Əvəzində buların çayçı, çaxırçı dükanı; Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə? M.Ə.Sabir.
// köhn. Çaxır dükanının sahibi. Mübahisə başlanardı, çaxırçı fit...

ÇAXIRÇILIQ (ID - 6518)

is. Şərabçılıq.

ÇAXIRSATAN (ID - 6519)

is. Çaxır (və s. içkilər) satmaqla məşğul olan adam.

ÇAXIŞ (ID - 6520)

is. Çaxmaq işi, çaxma. O, göylərin şimşəyi; Yerlərin üsyanıdır; İldırım çaxışıdır. B.Vahabzadə.

ÇAXMA (ID - 6521)

1. “Çaxmaq2#”dan f.is.
2. xüs. Müxtəlif metal lövhələri vurub qabartmaqla hazırlanan naxışlı bəzək əşyası; çekanka.

ÇAXMAQ1 (ID - 6522)

is. 1. Odlu silahlarda zərb mexanizminin hissəsi; yay. Tapançanın çaxmağı. - Bütün ümidlərinin alt-üst olduğunu görən Vəli tüfənginin çaxmağını çəkdi. M.Hüseyn. Nişançılar isə .. silahlarım, xüsusən çaxmaqlarını təmizləyirlər.....

ÇAXMAQ2 (ID - 6523)

f 1. Atəş açmaq üçün tüfəngin, tapançanın çaxmağını çəkib buraxmaq; atəş açmaq; güllə ilə vurmaq. Səttar daxılı çəkir, tapançanı çıxarıb Kəblə Heybətin kürəyinə bir güllə çaxır. H.Sarabski. Həmin saat tüfəngin...

ÇAXMAQDAŞI (ID - 6524)

is. Keçmişdə: od almaq (qığılcım çıxarmaq) üçün çaxmağın vurulduğu xüsusi daş parçası. [Baba] qovu çaxmaqdaşı ilə alışdırıb çubuğuyandırdı. Çəmənzəminli. [Qızıl qayada] yer altından çıxan qaz, kim bilir, nə zamansa...

ÇAXMAQ-QOV (ID - 6525)

top. Keçmişdə: od almaq (qığılcım çıxarmaq) üçün işlədilən çaxmaq və qov. [Nəbi] sonra qəlyanını doldurub, çaxmaq-qovla yandırdı. Ə.Abasov.

ÇAXMAQLI (ID - 6526)

sif Çaxmağı olan.
□ Çaxmaqlı tüfəng (tapança) - keçmişdə: çaxmaqdaşı və çaxmaq vasitəsilə alışdırılan primitiv tüfəng (tapança). Otaqların bütün əşyası çaxmaqlı tüfəng və köhnə xəncərdən ibarət idi. A.Şaiq....

ÇAXNAŞDIRMA (ID - 6527)

“Çaxnaşdırmaq”dan f.is.

ÇAXNAŞDIRMAQ (ID - 6528)

f Aranı qarışdırmaq, qarışıqlıq salmaq, bir-birinə vurdurmaq, çaxnaşma (çaxnaşıq) salmaq. [Balarza:] Xub, bəs bunu hansı haramzada eləyir, kəndi çaxnaşdırır bir-birinə? C.Cabbarlı.

ÇAXNAŞIQ (ID - 6529)

bax çaxnaşma 2-ci mənada.
□ Çaxnaşıq düşmək - bax çaxnaşma düşmək (“çaxnaşma”da). [Çopo:] Sabaha qədər davam edən qanlı vuruşmadan sonra xaqan ordusuna çaxnaşıq düşdü.. Çəmənzəminli. Çaxnaşıq salmaq - bax çaxnaşma...

ÇAXNAŞMA (ID - 6530)

1. “Çaxnaşmaq”dan f.is.
Qarışıqlıq, həyəcan, təlaş, vahimə, vəlvələ. Camaat içərisində bərk çaxnaşma oldu. “Abbas və Gülgəz”.
□ Çaxnaşma düşmək - həyəcanla dolu qarışıqlıq düşmək, vəlvələ düşmək,...

ÇAXNAŞMAQ (ID - 6531)

ÇAQ-ÇAQ (ID - 6532)

is. Keçmişdə: evlərin həyət qapısında qapını döymək üçün dəmir toxmaqcıq. Çaq-çaqla qapını döymək. - Qapının başında şir şəkli, sol tayında sarı bürüncdən çaq-çağın ucu ilan başına bənzəyir. M.S.Ordubadi.

ÇAQ-ÇUQ (ID - 6533)

təql. Çaqqaçaq, çaqqıltı, çaqçaq səsi. Xozeyin dinməz-söyləməz çötkəni götürüb, çaq-çuq hesab elədi. S.M.Qənizadə.
□□ Çaq-çuq eləmək dan. - xırda alver və ya xırda bir işlə məşğul olmaq. [Məşədi Məmməd:]...

ÇAQIL (ID - 6534)

is. Çınqıl, çaydaşı. Toplandı bir yerə çaqıl, kirəc, su. M.Müşfiq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed