İzahlı lüğət

ÇAQQAÇAQ, ÇAQQAÇUQ (ID - 6535)

təql. Çaq-çaq səsi; çaqqıltı. [Əsgərlər] ..söhbət edərək, aldıqları patronları çantalarına qoyur, daraqların silaha düşüb-düşmədiyini çaqqaçaqla yoxlayırdı(lar). Ə.Əbülhəsən.

ÇAQQAL (ID - 6536)

is. [fars.] zool. Əsasən cəmdəklə qidalanan itkimilər ailəsindən vəhşi heyvan. Çaqqal var gödən çıxarır, qurdun adı bədnamdır. (Ata. sözü). [Ömər koxa] ..qapıbacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün...

ÇAQQALBOĞAN (ID - 6537)

is. Hər cür kal, bərk, boğucu meyvə haqqında.

ÇAQQILDAMA (ID - 6538)

“Çaqqıldamaq”dan f.is.

ÇAQQILDAMAQ (ID - 6539)

f Çaqqıltı səsi çıxarmaq.

ÇAQQILTI (ID - 6540)

bax çaqqaçaq.

ÇAL (ID - 6541)

sif. 1. Başqa rənglə qarışıq boz rəng; açıq-boz və ya tünd-boz. Çal ayğır qulağını qırpıb adamların üstünə cumanda handa bir özündən deyən igid belə qabağında dura bilmir.. Ə.Vəliyev. Başında çalpapaq, çiynində xurcun;...

ÇALA (ID - 6542)

is. Çökək yer, çuxur yer, çökəklik. [Səməd:] Baxın, o çalada .. pambıq adam boyundan yuxarıdır. T.Ş.Simurq. Orxan o tərəfə adladı və gördü ki,.. it balaca çaladakı ayranı uzun, qırmızı dili ilə laqqıldada-laqqıldada içir....

ÇALACIQ (ID - 6543)

“Çala”dan kiç.: kiçik çala. Cərgələrdə bir-birindən 25 sm aralı olaraq çalacıqlar (yuvacıqlar) qazılmalıdır. “Çay bitkisi”.

ÇALA-ÇÖKƏK, ÇALA-ÇUXUR (ID - 6544)

is. Hamar olmayan, çala-çuxur çox olan yer, oyuq-oyuq yer. Çala-çuxuru hamarlamaq. - Çalaçuxur əlindən maşınlara gün yox idi. Ə.Əbülhəsən. Arabada oturan iki nəfər .. arabanın çala-çuxura düşüb silkələnməsinə əhəmiyyət...

ÇALA-ÇUXURLUQ (ID - 6545)

is. Çala-çuxur olan yer.
// Çala-çuxur yerin halı.

ÇALAĞAN (ID - 6546)

is. zool. Uzun qanadları və əyri dimdiyi olan iri yırtıcı quş. Ovlayıb öz şikarını uçaraq; Qonur, orda didib yeyir çalağan. A.Səhhət. Havada süzən iri bir çalağanın kölgəsi çəpərin üstündən aşıb, həyətin ortası ilə...

ÇALALAMA (ID - 6547)

“Çalalamaq”dan f.is.

ÇALALAMAQ (ID - 6548)

f Çala qazımaq, çuxurlamaq, qazıb çala halına gətirmək. [Bir dəstə adam] boz torpağı tərpədib, yeri çalalayıb eşdilər. S.Rəhimov.

ÇALALANMA (ID - 6549)

“Çalalanmaq”dan f.is.

ÇALALANMAQ (ID - 6550)

f Oyulmaq, oyuq əmələ gəlmək, çala əmələ gəlmək. Damcı-damcı tökülən su göy daşın üstünə damcılayanda daş çalalanır, damcı, getdikcə daşı əridir və özünə yer düzəldir. S.Rəhimov.

ÇALAN(ÇI) (ID - 6551)

bax çalğıçı.

ÇALAR(LIQ) (ID - 6552)

is. 1. Əsas rəngdən yalnız tonla fərqlənən rəng müxtəlifliyi. Rəng çaları.
məc. Bir şeydəki kiçik müxtəliflik, azacıq fərq; incəlik. Sözün məna çalarları.
çalar... Bir sıra rəng adlarına qoşularaq oxşarlıq, bənzərlik,...

ÇALBAŞ(LI) (ID - 6553)

sif Başı çal, başı (saçları) çallaşmış, başına (saçlarına) dən düşmüş. Çalbaş qadın.

ÇALBIĞ(LI) (ID - 6554)

sif Bığları çal, bığı çallaşmış, bığına dən düşmüş. Çalbığlı qoca. - Çalbığ baytar müsafirləri əyləndirmək üçün sükutu pozdu.. Çəmənzəminli.

ÇAL-BOZ (ID - 6555)

sif. Bozaçalan, çal rəngli; həm çal, həm də boz rəngdə olan. Çal-boz qaya.

ÇAL-ÇAĞIR (ID - 6556)

is. Musiqi ilə birgə oxuma; çalğı və nəğmə səsi; şənlik. Yaz fəslinin mayından başlamış payızın qırovuna qədər alaçıqla örtülən bu yerlər şənliklə, çal-çağırla dolur.. S.Rəhimov. Görəsən nə olub, nə əhvalat baş...

ÇAL-ÇAP (ID - 6557)

is. Çalıb-çapma; soyğunçuluq, çapovul(çuluq). Qovğasız durmaqdan bezmişdilər lap; Yox idi atışma, nə başqa çalçap. H.K.Sanılı. Dəyələrdə də həmişə çalçap olurdu. Mir Cəlal.

ÇAL-ÇARPAZ (ID - 6558)

ÇAL-ÇƏPƏR (ID - 6559)

bax çəpər 1-ci mənada. Çal-çəpər sökülüb dağılmışdı. B.Bayramov. Çal-çəpəri çoxdan dağılmış, ağaclarının çoxusu qurumuş bağçada .. ağ süfrə salınmışdı. İ.Hüseynov.

ÇALDIRMA (ID - 6560)

“Çaldırmaq”dan f is.

ÇALDIRMAQ (ID - 6561)

icb. Çalmaq1

ÇALĞI1 (ID - 6562)

is. Musiqi, musiqi aləti. Xalq çalğı alətləri ansamblı. - Uzaqdan incə və narın ahənglə çalğı səsi eşidilməyə başlar. H.Cavid. Ayna .. diqqətlə çalğıya qulaq asdı. Ə.Məmmədxanlı.

ÇALĞI2 (ID - 6563)

is. məh. Nazik çubuqlardan, tikan və s.-dən düzəldilən uzundəstəli süpürgə. Qulu bir az gicəllənib çalğını götürdü, başladı həyəti süpürməyə. S.Rəhimov.

ÇALĞIÇI (ID - 6564)

is. Hər hansı bir musiqi alətində çalmağı özünə peşə etmiş adam; çalan. Peşəkar çalğıçı. - ..Ağca xanım ortaya çıxıb çalğıçılara həmin rəqsi çalmağı əmr etdi. S.S.Axundov. Hamı əl vurur, çalğıçılar çalırlar....

ÇALĞIÇILIQ (ID - 6565)

is. Çalğıçının işi, peşəsi.

ÇALĞILAMAQ (ID - 6566)

bax çalmaq2

ÇALXALAMA (ID - 6567)

“Çalxalamaq”dan f.is.

ÇALXALAMAQ (ID - 6568)

f 1. İçindəki mayenin hissəciklərini qarışdırmaq və ya həll etmək üçün tərpətmək, silkələmək. Dərmanı içməkdən qabaq çalxalamaq. - Mehriban gülabpuşu tələsik götürüb çalxaladı. H.Seyidbəyli.
// Su ilə yaxalamaq,...

ÇALXALANMA (ID - 6569)

“Çalxalanmaq”dan f.is.

ÇALXALANMAQ (ID - 6570)

məch. 1. Dalğalanmaq, təlatümə gəlmək. Xəzər çalxalandı, səsində vüqar; Xəzər heç bayaqkı Xəzər deyildi. N.Xəzri.
Atılıb-düşmək, silkələnmək, yırğalanmaq. Maşın çalxalanır. - Lakin az keçməmiş birdən-birə təyyarəmiz...

ÇALXAMA (ID - 6571)

“Çalxamaq”dan f.is.

ÇALXAMAQ (ID - 6572)

bax çalxalamaq 1-ci mənada. [Göyçək] südü bişirdi, iki gündən qalmış qatığı tuluğa yığıb çalxadı. Ə.Vəliyev.

ÇALXANIŞ (ID - 6573)

is. 1. Çalxanmaq işi, çalxanma, çalxantı.
2. məc. Həyəcan, vəlvələ, təlatüm. Şərqin varmı dincliyi; Bu çalxanış ilində? M.Müşfiq.

ÇALXANMA (ID - 6574)

“Çalxanmaq”dan f.is.

ÇALXANMAQ (ID - 6575)

1. Bax çalxalammaq 1-ci mənada. Köksü atəşli qətrəyəm ondan; O isə çalxanan geniş ümman. A.Şaiq. Dənizin dalğaları çalxanıb səslənir. S.Rəhimov.
B ax çalxalammaq 2-ci mənada. Tramvay çalxanıb dayandıqda [Tahirin] fikir sapı...

ÇALXANTI (ID - 6576)

b ax çalxanış. Bu ağalar.. bu ümum çalxantıya qarşı çıxıb top-tüfəngin işə salınmasını tələb etsələr də, sakitlik qazana bilmir, asayişi bərpa edə bilmirdilər. S.Rəhimov.

ÇALI (ID - 6577)

is. Kol-kos, kolluq.

ÇALIB-ÇAPMA (ID - 6578)

“Çalıb-çapmaq”dan f.is.

ÇALIB-ÇAPMAQ (ID - 6579)

f. Talamaq, çapmaq, soymaq. [İbrahim xan:] ..Fətəli də acığa düşür, o da bizim kəndi-kəsəyi çalıb-çapır. Çəmənzəminli.

ÇALIB- OXUMA, ÇALIB-ÇAĞIRMA (ID - 6580)

“Çalıb-oxumaq”, “çalıb-çağırmaq”dan f.is.

ÇALIB-OXUMAQ, ÇALIB-ÇAĞIRMAQ (ID - 6581)

f Bir havanı musiqi alətində çalaraq oxumaq. [Cavanlar] Yusifgilə təklif etdilər ki, bir az çalıb-oxusunlar. S.S.Axundov. Üzlərdə şənlik, deyib-gülmək, çalıb-çağırmaq həvəsi görünür. Mir Cəlal.

ÇALIB-OYNAMA (ID - 6582)

“Çalıb-oynamaq”dan fh.

ÇALIB-OYNAMAQ (ID - 6583)

f. Musiqinin müşayiətilə oynayıb şənlənmək. Cavanlar çalıboynayırdılar

ÇALI-ÇIRPI (ID - 6584)

bax çırpı. [Ovçu:] Çalıçırpıdan, otlardan qayırdıqları kiçik daxmalarda gizlənib bir əlilə torun ipini tutar. Şaiq. [Komandir:] Hamınıza əmr edirəm, hər kəs bu saat bir qucaq dolusu çalı-çırpı toplamalıdır. S.Hüseyn.

Bu səhifə dəfə baxılıb

......