İzahlı lüğət

ÇAR-NAÇAR (ID - 6685)

ÇARPANAQ, ÇARPARA (ID - 6686)

is. Metal, daş parçası, qırıntı; qəlpə. Yan-yörəyə şarıltı ilə daşkəsək və metal çarpanaqları töküldü. Ə.Əbülhəsən.
// Topda, tüfəngdə saçma kimi istifadə edilən qurğuşun və s. metal qırıntıları; qəlpə....

ÇARPAŞIQ (ID - 6687)

1. sif. Dolaşıq, dolanbac, qarışıq. Qudurğan qasırğa, çarpaşıq yollar; Yolumda zülmət var, uçurumlar var. Ə.Cavad. Bu çarpaşıq dalğalarda özün göstər mənə yol. S.Vurğun.
is. məc. Anlaşılmazlıq, dolaşıqlıq, keşməkeş....

ÇARPAYI (ID - 6688)

is. [fars.] Yataq mebeli, dördayaqlı dəmir və ya taxtadan yataqlıq. Uşaq çarpayısı. Taxta çarpayı. - Yaralı çarpayıda uzanmışdı. Ə.Məmmədxanlı. Təzə döşəküzü gətirib bu dəm; Anam çarpayıda yer açdı mənə. Z.Xəlil.

ÇARPAYILIQ (ID - 6689)

is. Rəqəmlərdən sonra gələrək xəstəxanada neçə xəstənin müalicə olunduğunu bildirir. 300 çarpayılıq xəstəxana.
Qəsəbədə yerləşən köhnə xəstəxananın yanında 100 çarpayılıq yeni bina tikilmişdir.

ÇARPAZ (ID - 6690)

sif. və zərf 1. Bir-birini kəsib keçən, xaç şəklində; xaçvari, çataq. Çarpaz cizgilər. - Çarpaz taxtalarla mıxlanmış köhnə bir qapının üstündə tabaşirlə yazmışdılar: “Raykom bağlıdır, hamı cəbhəyə getdi”. Mir Cəlal.
biol....

ÇARPAZLAMA (ID - 6691)

“Çarpazlamaq”dan f.is.

ÇARPAZLAMAQ (ID - 6692)

f. Bir-birinin üstünə xaçvari qoymaq, çarpaz etmək; çataqlamaq. Nökər Cəfərin qollarını burub dalında çarpazladı. M.İbrahimov. Ata isə qollarını çarpazlayıb, ayaq üstə durmuş və gözlərini xəstənin qalxıb-enən sinəsinə...

ÇARPAZLANMA (ID - 6693)

“Çarpazlanmaq”dan f.is.

ÇARPAZLANMAQ (ID - 6694)

məch. 1. Xaçvari şəkildə bir-birinin üstünə qoyulmaq, çarpaz edilmək; çataqlanmaq.
B a x aşırmaq 3-cü mənada.

ÇARPAZLAŞDIRILMA (ID - 6695)

biol. “Çarpazlaşdırılmaq”dan f.is. Qarabağ atlarının ərəb atları ilə çarpazlaşdırılmasından əsas məqsəd nəslin boyunu artırmaqdır. R.Səttarzadə.

ÇARPAZLAŞDIRILMAQ (ID - 6696)

“Çarpazlaşdırmaq”dan məch.

ÇARPAZLAŞDIRMA (ID - 6697)

biol. “Çarpazlaşdırmaq”dan f.is. Yeni tip qonur mal əslində II-III nəsildən olan mələz heyvanlar birbirilə cütləşdirilərək yaradıcı çarpazlaşdırma yolu ilə əldə edilən məhsuldur.

ÇARPAZLAŞDIRMAQ (ID - 6698)

f 1. Çarpaz etmək, xaçvari qoymaq. Əllərini sinəsində çarpazlaşdırmaq.
2. biol. Yeni heyvan, bitki növü və ya cinsi almaq üçün müxtəlif növdən, cinsdən olan heyvanları cütləşdirmək və ya bitkiləri tozlandırmaq. Qarabağ...

ÇARPAZLAŞMA (ID - 6699)

“Çarpazlaşmaq”dan f.is. Təbii çarpazlaşma. Dillərin çarpazlaşması.

ÇARPAZLAŞMAQ (ID - 6700)

f. 1. Bir-birini kəsmək, bir-birinin üstündən xaçvari keçmək; kəsişmək. Dəmiryol xətlərinin çarpazlaşdığı yerdə qaranlığın içərisindən bir səs eşitdilər. Ə.Sadıq.
biol. Cütləşmə və ya tozlanma nəticəsində bir-birilə...

ÇARPILMA (ID - 6701)

“Çarpılmaq”dan f.is.

ÇARPILMAQ (ID - 6702)

f. Zərblə, şiddətlə dəymək, toxunmaq, toqquşmaq, vurmaq. Dəniz yavaşyavaş uğuldayır, dalğalar zərblə qayalara çarpılaraq şırıldayırdı. M.Hüseyn.

ÇARPIŞMA (ID - 6703)

1. “Çarpışmaq”dan f.is.
2. Vuruşma, toqquşma, döyüş, savaş. Körpünü ortaya qədər gələn düşmənlərin önündə Əmrah da at belində qılıncla çarpışırdı. İ.Şıxlı. Bu yerlə çarpışan, göylə əlləşən; Dostdan,...

ÇARPIŞMAQ (ID - 6704)

f Vuruşmaq, döyüşmək; mübarizə etmək. İrəlidə piyadalar çarpışır. H.Nəzərli. [İncə:] ..Ox, iki il çarpışdım, axır olmadı, məni öldürmək istədilər.. C.Cabbarlı.

ÇARPMA (ID - 6705)

“Çarpmaq”dan f.is.

ÇARPMAQ (ID - 6706)

f. 1. Zərblə, şiddətlə toxunmaq, dəymək, vurmaq. Kür nəhri sahildəki iri daşlara və sarı qayalara çarparaq hiddətlə çağlayırdı. A.Şaiq. Nəhayət, maşın iri qayalara çarparaq köpüklənə-köpüklənə axan çayın kənarına...

ÇARSU (ID - 6707)

is. [fars.] köhn. Dükanlar olan yer, qapalı bazar, çarşı. Şəhərlər, kəndlər xalq nəğmələri və musiqi tərənnümləri altında bayram edir, bazarlar, çarsular bəzənmiş və çıraqbanlıq nəticəsində qaranlıq gecələr gündüz...

ÇARŞAB (ID - 6708)

bax çadra. Gülsüm bir küncdə üzüörtülü, başında çarşab əyləşmişdi. Ə.Haqverdiyev. Çaydan sonra Nənəxanım Yetər ilə çarşaba bürünüb, qız axtarmağa getdilər. Çəmənzəminli.

ÇARŞABLI (ID - 6709)

bax çadralı. Əyri küçələrin birində [həkim] bir çarşablı qadına rast gəldi. Çəmənzəminli.

ÇARŞABSIZ (ID - 6710)

b ax çadrasız.

ÇARŞI (ID - 6711)

is. [fars.] bax çarsu. Mən üz qoydum bazara tərəf. Xəyalımda qoymuşdum: gedərəm düz baqqal çarşısına və buzu allam, gətirrəm və şəhərdə oradan da savayı bilmirdim, harada buz satırlar. C.Məmmədquluzadə.

ÇARTER (ID - 6712)

is. [ing.] Kirayəyə götürülmüş nəqliyyat vasitəsi.

ÇARTİST (ID - 6713)

[ing.] Çartizm tərəfdarı, iştirakçısı.

ÇARTİZM (ID - 6714)

[ing.] İngiltərədə XIX əsrin 30-40-cı illərində fəhlələrin siyasi hüquq əldə etmək və iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq uğrunda inqilabi hərəkatı.

ÇARVADAR (ID - 6715)

is. [fars.] köhn. Yük heyvanı ilə muzdla yük daşımaqla məşğul olan adam. Bizim karvanımız beş çarvadar atından ibarət idi. S.Hüseyn. Çarvadar olduğu üçün Ciniş Əhmədin özü kimi atı da ən çətin yolu hər vaxt hər bir şəraitdə...

ÇARVADARBAŞI (ID - 6716)

is. köhn. Çarvadarlara başçılıq edən adam, baş çarvadar. Üst-başlarını toz basmış müsafirlər çarvadarbaşının haqqını verib, karvansaradan çıxmağa başladılar. P.Makulu.

ÇARVADARLIQ (ID - 6717)

is. köhn. Çarvadarın işi, peşəsi. Qərəz, [Məmmədhəsən əminin] tutmadı işi, əliboş kəndə qayıdıb, üç-dörd eşşək alıb başladı çarvadarlığı. C.Məmmədquluzadə. Bu kəndin əhli əkinçilik və çarvadarlıqla güzəran...

ÇAŞ (ID - 6718)

1. sif. Əyri, çəp. Çaş göz. Çaş baxış.
İki tərəfə baxan çaş olar. (Ata. sözü). Bağda maral çaş mələr; Çaş dolanar, çaş mələr; Mənim ahu-zarımdan; Dağ inildər, daş mələr. (Bayatı).
Bax çaşbaş. Rüstəm kişinin...

ÇAŞBAŞ (ID - 6719)

sif. və zərf Qarışıq, qatqarışıq, dolaşıq, çaş, çaşqın, çaşmış. [Şeyda:] Fikrim elə çaşbaşdır ki, Telli xala, avtobusları dəyişik salıb, sizin Göytəpə əvəzinə gedib çıxmışam Qaratəpəyə. Ə.Məmmədxanlı.
...

ÇAŞDIRMA (ID - 6720)

“Çaşdırmaq”dan f.is.

ÇAŞDIRMAQ (ID - 6721)

f. 1. Müxtəlif yollarla birisinin çaşmasına, çaşıb-qalmasına, özünü itirməsinə səbəb olmaq. Lakin gözlənilmədən verilən tutarlı suallar [Verdiyevi] çaşdırdı. Mir Cəlal. Hadisə Qadiri elə çaşdırmış, ruhunu və qəlbini...

ÇAŞI (ID - 6722)

zərf Çəp, əyri.
□ Kiməsə çaşı baxmaq.

ÇAŞIB-QALMA (ID - 6723)

“Çaşıb-qalmaq”dan f.is.

ÇAŞIB-QALMAQ (ID - 6724)

b ax çaşmaq 1 və 2-ci mənalarda. Qumru bunu eşidər-eşitməz yerindən qopub üzüaşağı dərəyə doğru yüyürdü, lakin dərə içində qız çaşıb-qaldı. Ə.Məmmədxanlı. [Rəşid:] Mən hələ özümü toplamamış, yeni bir möcüzədən...

ÇAŞIR (ID - 6725)

is. bot. Çətirçiçəklilərdən ot bitkisi. Ballı bacısı oğlu ilə birlikdə kəndin üst tərəfindəki güneylərə gedər, çaşır, mərovca yığardı. Ə.Vəliyev.

ÇAŞKA-LOŞKA (ID - 6726)

is. [rus. чашка - fincan, ложка - qaşıq] zar. dan. Can bir qəlbdə, bir-birinə çox yaxın yoldaşlar haqqında. [Abuzər bəy:] Elə düz deyirmişlər ki, sən onunla çaşka-loşkasan. M.Hüseyn.

ÇAŞQIN (ID - 6727)

sif. Çaşıb qalmış, nə edəcəyini bilməyən, özünü itirmiş. Çaşqın adam. - Anam çaşqın (z.) bir hal ilə dedi.. S.S.Axundov. Odunçuoğlu çaşqın bir halda dayanıb durdu. Ə.Məmmədxanlı.
// Heyrət içində qalmış.
çaşqın-çaşqın...

ÇAŞQINLIQ (ID - 6728)

is. Çaşqm adamın keçirdiyi hal, nə edəcəyini bilməmə, özünü itirmə. ..Çaşqınlıq ikinci bir səhvə səbəb ola bilər. M.S.Ordubadi. Doktor hələ də bir az əvvəlki qorxu və çaşqınlıqdan əməlli-başlı ayılıb özünə gəlməmişdi....

ÇAŞMA (ID - 6729)

“Çaşmaq”dan f.is.

ÇAŞMAQ (ID - 6730)

f. 1. Arzu olunmayan, gözlənilməyən və ya çıxış yolu bəlli olmayan bir hadisə qarşısında çaşıb-qalmaq, özünü itirmək, nə edəcəyini bilməmək.
// Ümumiyyətlə, çaşıb-qalmaq, özünü itirmək, heyrət içində qalmaq....

ÇAŞT (ID - 6731)

ÇAT (ID - 6732)

ÇATAQ (ID - 6733)

1. Bax çarpaz 1-ci mənada.
2. sif. Yapışıq, qovuşuq; bir-birinə yapışmış (meyvə və s.).

ÇATAQLAMA (ID - 6734)

“Çataqlamaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......