ÇINQIRTI (ID - 7135)bax çınqırıq.
|
ÇINLAMA (ID - 7136)“Çınlamaq”dan f.is.
|
ÇINLAMAQ (ID - 7137)f. Səslənmək, eşidilmək, səsi gəlmək. Qoy çınlasın varlığın; Ömrün, bəxtiyarlığın; Şadlıq kamançası da. M.Müşfiq. Haradasa musiqi çınlayır, ətrafa coşqun rəqs havası yayılır. Ə.Məmmədxanlı.
|
ÇINLATMA (ID - 7138)“Çınlatmaq”dan f.is.
|
ÇINLATMAQ (ID - 7139)f. Səsləndirmək. Söyləyiniz dastanını; Çınlatınız kamanını; Gözəlliyin, daşqın sular! M.Müşfiq.
|
ÇIRA (ID - 7140)b ax çıraq. Bir kiçicik daxmada ancaq çıra; Saçmada ətrafına ölgün ziya. A.Şaiq.
|
ÇIRAQ (ID - 7141)is. [fars.] Hər cür işıqlandırıcı cihaz (qaraçıraq, lampa, fənər, lampoçka və s.). [Molla:] Ay filankəs, gecənin bu vaxtında əlində çıraq orada nə gəzirsən? “M.N.lətif.”. [Yaşlı kişi:] Elektrik çıraqlarının keçirilməsi...
|
ÇIRAQBAN (ID - 7142)is. [fars.] Çıraqbanlıq, çıraqlarla işıqlandırılmış. Çıraqbandır tamam yer, göy; Nə zəncir var, nə bir zindan. S.Vurğun. Klubun içərisi çıraqban idi. S.Rəhman.
Çıraqban etmək - işıqlandırmaq, nurlandırmaq. Camalın şöləsi... |
ÇIRAQBANLIQ (ID - 7143)is. 1. Çıraqban olma, çoxlu işıq yanma, çıraqların yanması nəticəsində hasil olan işıq. Bu gecə Naxçıvanda indiyə qədər misli görünməmiş bir çıraqbanlıq var idi. M.S.Ordubadi.
Hər hansı bir bayram, təntənəli şadyanalıq... |
ÇIR-ÇIR (ID - 7144)çır-çır çıgırmaq - bərk çığırmaq, qışqırmaq, bağırmaq. Sabah yola düşəndə də [uşaq] çır-çır çığırırdı. “Aşıq Ələsgər”. [Şahbaz bəy:] Şərəfnisə, qadan alım, bilirsən ki, əmidostum bu gün nə tufan elədi?...
|
ÇIRMALAMA (ID - 7145)“Çırmalamaq”dan f.is.
|
ÇIRMALAMAQ (ID - 7146)b ax çırmamaq. [Mübaşir Məmməd Musa kişiyə:] Qollarını niyə çırmalamısan, kişi? Yoxsa pəhləvanlıq eləmək fikrindəsən? M.İbrahimov. Çırmala qolunu düşərək meydana. M.Müşfiq.
|
ÇIRMALANMA (ID - 7147)“Çırmalanmaq”dan f.is.
|
ÇIRMALANMAQ (ID - 7148)“Çırmalamaq”dan məch.; çırmanmaq.
|
ÇIRMALI (ID - 7149) |
ÇIRMAMA (ID - 7150)“Çırmamaq”dan f.is.
|
ÇIRMAMAQ (ID - 7151)f Paltarının qolunu və ya şalvarmm balağını bir neçə qat qatlayıb qaldırmaq, çırmalamaq; çırmanmaq. [Gülsənəm] Tahirdən cavab almamış, qollarını çırmadı, un gətirib, xəmir yoğurmağa başladı. M.Hüseyn. Musa kişi qolunu...
|
ÇIRMANMA (ID - 7152)“Çırmanmaq”dan f.is.
|
ÇIRMANMAQ (ID - 7153)qayıd. Paltarınınqolunu və ya şalvarının balağını çırmamaq. Çırmanırıq keçməyə çay gəlməmiş; Başlayırıq qızmağa yay gəlməmiş. M.Ə.Sabir.
|
ÇIRPI (ID - 7154)top. Quru budaq, kol qırıntısı; çılçırpı. On altı-on yeddi yaşlarında bir qız çayaşağı enərək, meşənin ətəklərində çırpı yığırdı. Çəmənzəminli. Şərifzadə ehtiyatla yeriyir, ayaqları altında əzilən quru çırpıların...
|
ÇIRPILMA (ID - 7155)“Çırpılmaq”dan f.is.
|
ÇIRPILMAQ (ID - 7156)məch. 1. Bir şeylə vurularaq tozu çıxarılmaq (yorğan-döşək, geyim, xalça-palaz və s. haqqında). İsti paltarların boğçadan çıxarılıb həyətlərdə, eyvanlarda çırpıldığını, şəritə atıldığını görmək olurdu. Mir Cəlal....
|
ÇIRPINIŞ (ID - 7157)is. 1. Çırpınma işi, çırpınma. Nədir o istəkli, o heyran baxış? Nə dadlı cik-cik, nə gözəl çırpınış! A.Səhhət.
2. məc. Çalışıb-çapalama. [Kərimxana] elə gəlirdi ki, bəşər tarixində qəhrəmanları yetirən ancaq... |
ÇIRPINMA (ID - 7158)“Çırpınmaq”dan f.sif.
|
ÇIRPINMAQ (ID - 7159)f. 1. Bərk döyünmək, oynamaq, titrəmək, vurmaq. Ürəyi (qəlbi) çırpınmaq. - Könül bir quşdur ki, sevməz əsarət: Daim çırpınır, istəyir hürriyyət. A.Səhhət. [Jasmen:] Seyr etdim o heçlikləri mən də; Çırpındı könül matəm...
|
ÇIRPINTI (ID - 7160)is. Döyünmə, döyüntü, çırpınma. ..Çırpıntılar içərisində çapaladığım halda, Mahrunu gözləməkdə idim. M.S.Ordubadi. ..Birdən Səmədin qəlbinin riqqətli döyüntüsü narahat bir çırpıntıya çevrildi. İ.Hüseynov.
|
ÇIRPIŞDIRMA (ID - 7161)“Çırpışdırmaq”dan f.sif.
|
ÇIRPIŞDIRMAQ (ID - 7162)f Gizlicə götürmək; oğurlamaq, çalmaq. Qurban demir ki, gərək kartoşkaya qarovul çəkək? Demir ki, kulaklar kartoşkanı çırpışdırırlar? Mir Cəlal.
|
ÇIRPMA (ID - 7163)“Çırpmaq”dan f.sif
|
ÇIRPMAQ (ID - 7164)f 1. Tozunu almaq və ya başqa məqsədlə ağac və ya əllə vurmaq, döyəcləmək, silkələmək. Yun çırpmaq. Xalçanı çırpmaq. - Dəllək fitəni götürüb artırmada çırpmağa başladı, yenə bir-iki məsəl çəkmək istədi. Çəmənzəminli....
|
ÇIRT (ID - 7165)təql. Tüpürərkən çıxan səs.
□ Çırt atmaq - tüpürmək, tüpürərkən çırt səsi çıxartmaq. [Qənbərqulu:] [Əsgər] uzun bir çubuq da qoyub damağına, sağa da çırt atır, sola da. B.Talıblı. [Bəy] yandan düşmüş dişinin... |
ÇIRTAÇIRT (ID - 7166)zərf Çırtıldayaraq, çırt səsi çıxararaq; bərk alışaraq. Nəhayət, tonqal alovlanıb çırtaçırtyandı. B.Bayramov.
|
ÇIRTDAQ (ID - 7167)is. Quru odun, çırpı və s. yanarkən çırt-çırt səslə qalxan qığılcım. Közərən kösövlərdən qopan çırtdaqlar yuxarıya, bacaya doğru sıçradı. Ə.Məmmədxanlı.
|
ÇIRTIQ (ID - 7168)is. 1. Bir və iki əlin bir neçə barmağını (adətən orta barmaqları baş barmağa) zərblə bir-birinə vurub çırt səsi çıxarma; çırtmıq. Birdən çırtıq və oxumaq səsləri eşidildi. İ.Əfəndiyev.
□ Çırtıq vurmaq (çalmaq)... |
ÇIRTILDAMA (ID - 7169)“Çırtıldamaq”dan f.sif.
|
ÇIRTILDAMAQ (ID - 7170)f. Çırt-çırt səs çıxarmaq, çırt eləmək. Yanan yüzlərlə elektrik lampalarının süd kimi işıqlandırdığı yerdə qaynaq şamlarının gözqamaşdırıcı qığılcımları çırtıldayır. M.Əlizadə.
|
ÇIRTILTI (ID - 7171)is. Quru odun və s. yanarkən və ya quru otu tapdalayarkən çıxan səs, çırtçırt səsi. Ocaq qalanmış, quru ağac budaqlarının çırtıltı ilə yanmasından əmələ gələn alov ocağın ətrafını qızdırırdı. T.Ş.Simurq. Qapıya yaxın...
|
ÇIRTI-PIRTI (ID - 7172)sif. dan. Boş, mənasız, cəfəng. Çırtı-pırtı söhbət.
|
ÇIRTLAQ (ID - 7173)is. Yanan və ya közərən ocaqdan çıxan parıltılı kiçik hissəciklər; qığılcım.
|
ÇIRTLAMA (ID - 7174)“Çırtlamaq”dan f.sif.
|
ÇIRTLAMAQ (ID - 7175)f. 1. Qabığı, bərk şeyi dişlə bərk basaraq parçalamaq; xırdalamaq; sındırmaq. Tum çırtlamaq.
Gül açmağa başlamaq, açılmağa, cücərməyə başlamaq. [Yazgül:] Bizim yerdə bir yazda - gül çırtlayanda, bir də payızda qoz çatlayanda... |
ÇIRTMA1 (ID - 7176)1. Bax çırtıq 1-ci mənada.
2. Barmaqlardan birinin (adətən orta barmağın) ucunu baş barmağa dayayaraq zərblə vurma; çırtıq, çırtmıq. □ Çırtma vurmaq barmaqlardan birinin (adətən orta barmağın) ucunu baş barmağa dayayaraq... |
ÇIRTMA2 (ID - 7177)“Çırtmaq”dan f.sif.
|
ÇIRTMAQ (ID - 7178)b ax çırtlamaq 3-cü mənada. Araba şəhərdən çıxarkən günəş yenicə çırtır, şərqi bürüyən qırmızılıqdan üfüqlərdəki dağ silsiləsi kimi görünən buludlar əlvan rənglərə boyanırdı. A.Şaiq.
|
ÇIRTMALAMA (ID - 7179)“Çırtmalamaq”dan f.sif.
|
ÇIRTMALAMAQ (ID - 7180)f. Barmaqla çırtma vurub yoxlamaq. İkisi də küçəni o taya keçib, qarpızsatan bir gənc qıza tərəf yönəldi. Cəfər qarpızları bir-bir çırtmaladı. Çəmənzəminli.
|
ÇIRTMIQ (ID - 7181)1. Bax çırtıq 1-ci mənada.
2. Bax çırtma1 2-ci mənada. |
ÇİBAN (ID - 7182)is. tib. Dərinin tük kisəciyinin və piy vəzisinin irinli iltihabı.
|
ÇİBİN (ID - 7183)is. Milçək. Quş dənə yığılar, çibin şirəyə. (Ata. sözü).
|
ÇİÇƏ (ID - 7184)sif. Saf, təmiz, qəşəng (uşaq dilində).
|
Bu səhifə dəfə baxılıb