ÇÖMÇƏ (ID - 7535)is. dan. Uzun dəstəkli qaşıq; abgərdən. Bircə baqqal çömçə ilə qazandan qatığı qovzayıb, kobud səsiylə deyirdi: - Qatığa gəl, qadan alım, qatığa gəl! Çəmənzəminli. [Qoca] əlində yonduğu ağac parçalarından qaşıq və...
|
ÇÖMÇƏBALIĞI (ID - 7536)is. zool. Karp fəsiləsindən olub, adətən qurudulmuş halda yeyilən balıq.
|
ÇÖMÇƏQUYRUQ (ID - 7537)is. zool. Suda-quruda yaşayan heyvanların (qurbağanın, quruqurbağasının) quyruqlu sürfəsi. Qurbağa sürfəsi yetişkən qurbağaya heç oxşamır və çömçəquyruq adlanır. Çömçəquyruğun bədəni oxlov şəkilli və quyruğu uzun olur....
|
ÇÖMÇƏLƏMƏ (ID - 7538)“Çömçələmək”dən f.sif
|
ÇÖMÇƏLƏMƏK (ID - 7539)f. Çömçə ilə götürmək və ya qarışdırmaq. Dovğanı çömçələmək.
|
ÇÖNDƏRMƏ (ID - 7540)“Çöndərmək”dən f.sif.
|
ÇÖNDƏRMƏK (ID - 7541)f. Döndərmək, çevirmək. Xəbər gəldi ki, nəçəlnik gəlir. Hamı üzünü çöndərdi Hacı Namazalının qapısına səmt və səs-səda lap kəsildi. C.Məmmədquluzadə. Qulu dolu ağzını çöndərib, ütük qaşlarını qovzuyub, .. nə...
|
ÇÖNMƏ (ID - 7542)“Çönmək”dən f.sif.
|
ÇÖNMƏK (ID - 7543)f. Dönmək. [Kiçikbəyim] kolların şaqqıltısını eşidib çöndü. Məmməd bəy göründü. Çəmənzəminli. Sərvər birdən çönüb cəld qaçır. Ü.Hacıbəyov.
|
ÇÖP (ID - 7544)is. 1. Taxta, ağac, saman və s. parçacığı. Dişini çöplə təmizləmək. - Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı. Mir Cəlal.
Bədənin bir yerinə batmış belə qırıntı,... |
ÇÖPÇÜ (ID - 7545)is. Keçmişdə: uşağın boğazında qalmış sümük və s.-ni çıxarmaqla məşğul olan arahəkimi. Çöpçü uşağın boğazını və burnunu əlləşdirdi. Sonra başını bulayıb acıqlı-acıqlı Vəli kişiyə dedi: - Uşağın boğazı sümüklə,...
|
ÇÖPÇÜLÜK (ID - 7546)is. Keçmişdə: uşağın boğazından çöp çıxaran arahəkiminin peşəsi.
[Yetər] yeri düşəndə noxudla fala da baxırdı, çöpçülükdə də mahir idi. Çəmənzəminli. |
ÇÖPLÜK (ID - 7547)sif. Çoxlu çöp (alaq qırıntısı və s.) olan. Payız əkini üçün saxlanan çöplükyerlərdə kotanlar işləyir, dəmirlərin parıltısı göyə qalxır, yay şumları qaldırılırdı. S.Rəhimov.
|
ÇÖPÜK (ID - 7548)sif. 1. Yunun, kətanın arıtlanandan və daranandan sonra qalan hissəsi.
2. Kilkələnmiş yun. |
ÇÖR-ÇÖP (ID - 7549)top. Alaq, ağac, ot və s. qırıntısı. Üç qızın yığıb bir yerə qaladığı çör-çöpə Güldanə od vurdu. Ə.Vəliyev. Torpağın qış aratına qoyulması yerdə qalmış çör-çöpün çürüntüyə çevrilməsinə, torpağın qidalanmasına...
|
ÇÖRƏK (ID - 7550)is. 1. Undan bişirilən qida məhsulu. Buğda çörəyi. Ağ çörək (buğda unundan bişirilən çörək). Qara çörək (qarabaşaq unundan bişirilən çörək). - Mirzənin zamanında bazarda ucuzluq idi; yaxşı qoyun ətinin girvənkəsi dörd...
|
ÇÖRƏKAĞACI (ID - 7551)is. 1. bot. Nişasta ilə zəngin meyvələri bişirilmiş və ya qızardılmış halda yeyilən tropik ağac. Tropik meşələrə məxsus nadir bitkilərdən biri də çörəkağacıdır. M.İbrahimov.
məc. dan. Yaşama mənbəyi, dolanacaq vasitəsi,... |
ÇÖRƏKBİŞİRƏN (ID - 7552)sif. Çörək bişirməklə məşğul olan. Çörəkbişirən fəhlə.
|
ÇÖRƏKBİŞİRMƏ (ID - 7553)is. Çörək bişirmə işi və bu işlə məşğul olma. Çörəkbişirmə sənayesi. - Əminik ki, həmin təşkilatlar Binəqədidəki çörəkbişirmə sexinin əsaslı təmiri qayğısına qalacaq. (Qəzetlərdən).
|
ÇÖRƏKÇİ (ID - 7554)is. 1. Çörək dükanı.
Çörək dükanında işləyən adam; çörəksatan. Keçmişdə: çörək bişirib satmaqla məşğul olan adam. // Keçmişdə: başqaları üçün muzdla çörək bişirən. Axşamçağı Xavərnisənin üç bacısı,... |
ÇÖRƏKÇİLİK (ID - 7555)is. 1. Yeyinti sənayesinin çörəkbişirmə sahəsi.
2. Keçmişdə: çörək bişirib satmaqla məşğul olan adamın işi, peşəsi. Əhalinin bir qismi də xırda ticarətlə - halvaçılıq, çörəkçilik, həlimaşıçılıq, baqqallıq, bəzzazlıqla... |
ÇÖRƏKDAŞIYAN (ID - 7556)sif Çörək daşımaq üçün istifadə olunan. Çörəkdaşıyan maşın.
|
ÇÖRƏKXANA (ID - 7557)is. Çörək bişirilən müəssisə. Kənd çörəkxanası. - Bəşirli gülümsündü: - ..bir çörəkxana düzəltsələr yaxşı olar. Ə.Vəliyev.
|
ÇÖRƏKİTİRƏN (ID - 7558)sif Başqasının zəhmətini, yaxşılığının unudan, çörəyi dizinin üstündə olan; nankor. [Səməd:] Mən çörəkitirən adam deyiləm. Atanın yaxşılığına qarşı sizi darda qoymaram. C.Cabbarlı. [Əsgər bəy:] Bayaqdan Ataşı qınayırıq...
|
ÇÖRƏKQABI (ID - 7559)is. Çörək qoymaq üçün qab. [Nisə xalanın] dalınca da əlində çörəkqabı və boşqablar olan Əkbər gəldi. S.Rəhman.
|
ÇÖRƏKLƏMƏ (ID - 7560)“Çörəkləmək”dən f.sif
|
ÇÖRƏKLƏMƏK (ID - 7561) f. Çörək verib bəsləmək, saxlamaq, yedirib-içirmək. [2-ci əcinnə:] Özünü vurubsan səfehliyə, xanımın xoşuna gəlib, səni çörəkləyib saxlayır. Ə.Haqverdiyev.
|
ÇÖRƏKLİ (ID - 7562)sif 1. Firavan yaşayan, çörəyi bol olan; varlı, bərəkətli. [Nəcəfalı Şahmara:] Hümmət bu kəndi çörəkli eləyib, bala!
Bayramov. // məc. Səxavətli, əliaçıq, qonaqpərvər. [Səlimə:] Allah səni həmişə qonaqlı, çörəkli... |
ÇÖRƏKPULU (ID - 7563)is. dan. Gündəlik dolanmaq, yaşamaq üçün cüzi pul, vəsait. [Ağa:] İldə beşon şahı qulbeçələrinə çörəkpulu aparıram. Ə.Haqverdiyev. [Hacı Sultan:] Yavaş-yavaş alver edib, çörəkpulusunu qazanırdı. S.Hüseyn.
|
ÇÖRƏKSATAN (ID - 7564)b a x çörəkçi 2-ci mənada.
|
ÇÖRƏKVERƏN (ID - 7565)sif dan. Əliaçıq, səxavət-comərd. Mir Cümə qapısıaçıq, çörəkverən bir adamdı. P.Makulu.
|
ÇÖRƏKVERMƏZ (ID - 7566)sif Simic, xəsis. Çörəkverməzlər də tez tanınıbdır; Dönük xislətiylə, əqidəsiylə. Ə.Kürçaylı.
|
ÇÖRƏKYAPAN (ID - 7567)sif Çörək yapmaqla məşğul olan; çörəkbişirən, çörəkçi. [Arvadlardan] biri çörəkyapandı. Ə.Əbülhəsən.
|
ÇÖTKƏ (ID - 7568)is. [rus.] köhn. Dördbucaqlı çərçivədə eninə taxılmış millərə keçirilən aşıqlardan ibarət sadə hesablama aləti; sayğac. Xozeyin dinməz-söyləməz çötkəni götürüb, çaqçuq hesab elədi. S.M.Qənizadə. [Hesabdar] çötkə...
|
ÇÖVKƏN (ID - 7569)is. Keçmişdə at üstündə ucu əyri çomaqla oynanılan top-top oyunu. Çövkən oynamaq. Çövkən oyunu.
// Həmin oyunda istifadə olunan iri top. Koroğlu der: olan qalsın; Dağı-daşı talan qalsın; Çövkən alıb çalan qalsın; Meydandadır... |
ÇÖVKİRMƏ (ID - 7570)“Çövkirmək”dən f.is.
|
ÇÖVKİRMƏK (ID - 7571)f köhn. Çevirmək, döndərmək. Havanın ələfiyyata lazım olmağın belə bəyan etmək olur: bir göyərən otu istəkanı çövkirib onun altında saxlayanda ot quruyub tələf olur. “Əkinçi”.
|
ÇÖYRÜKMƏ (ID - 7572)“Çöyrükmək”dən f.is.
|
ÇÖYRÜKMƏK (ID - 7573)f köhn. Çevrilmək. Qulu gecə sabaha kimi istidən yata bilməyib, o yan-bu yana çöyrükdü və hər çöyrükəndə də üstündən bir yorğan sürüşüb düşürdü. Çəmənzəminli.
|
ÇÖZ (ID - 7574)is. anat. Bağırsaqları qarın boşluğunun dal divarına bağlayan periton büküşü; mezenterium.
|
ÇÖZƏLƏMƏK (ID - 7575)f Sarınmış, düyünlənmiş şeyləri tədricən açmaq.
□ Yumağı çözələmək - düyünü çözələmək. |
ÇÖZƏNƏK (ID - 7576)is. Tör-töküntü.
|
ÇÖZMƏK (ID - 7577)f Təhlil etmək, şərh etmək, izah etmək, aydınlaşdırmaq, tədqiq etmək.
|
ÇÖZÜM (ID - 7578)is. Şərh, tədqiqat.
|
ÇUBUQ (ID - 7579)is. 1. Elastik, yarpaqsız, nazik, düz budaq, şüy. Çubuqla yun döymək. Söyüd çubuğu. - Mirzağa əlində tutub gəzdirmək üçün bağçadan bir çubuq kəsmişdi. S.Hüseyn. Kərim baba .. iki barmaq qalınlığında yaş çubuğu yonurdu....
|
ÇUBUQBAŞI (ID - 7580)is. Çubuğun (3-cü mənada) içərisinə tənbəki qoyulub yandırılan hissəsi.
|
ÇUBUQCUQ (ID - 7581)“Çubuq”dan kiç. Nar çubuqcuğu.
|
ÇUBUQLAMA (ID - 7582)“Çubuqlamaq”dan f.sif.
|
ÇUBUQLAMAQ (ID - 7583)f Çubuqla vurmaq, çubuqla döyəcləmək, çubuqla çırpmaq. Xalçanı çubuqlamaq.
// Çubuqla döymək, çubuqla vurmaq. Kəli çubuqlamaq. |
ÇUBUQLANMA (ID - 7584)“Çubuqlanmaq”dan f.sif.
|
Bu səhifə dəfə baxılıb