ÇALIQUŞU (ID - 6585)is. zool. Sərçələr dəstəsindən başı tünd-qırmızı olan və kolluqları sevən quş.
|
ÇALIN (ID - 6586)is. Otu dəryaz, kərənti, ya maşınla çalmaq işi və bu işin başlandığı vaxt; biçin.
|
ÇALI(N)-ÇARPAZ (ID - 6587)bax çarpaz 1-ci mənada. Professor əynini qalınlaşdırdı, aşırmaları çalın-çarpaz keçirdi. B.Bayramov.
|
ÇALINÇI (ID - 6588)is. Biçinçi, otçalan, kərəntiçi.
|
ÇALINMA (ID - 6589)“Çalınmaq”dan f.is.
|
ÇALINMAQ (ID - 6590)məch. 1. Musiqi alətində ifa edilmək. Bu sırada yandakı görünməz məzarlıqda həzin və xəfif bir ahəng ilə çoban düdüyü çalınmağa başlar. H.Cavid. Sanki birdən çalınırdı; Qumrov, kaman, nayla ney. Ə.Cavad.
Vurulmaq, eşidilmək.... |
ÇALIŞDIRMA (ID - 6591)“Çalışdırmaq”dan f.is.
|
ÇALIŞDIRMAQ (ID - 6592)icb. Çalışmağa, səy etməyə, işləməyə məcbur etmək; işlətmək. [Yaşlı kişi:] [Tacir] ..idarəsində çalışdırdığı əmələcatını da özü kimipak etiqadlı, dindar bir müsəlman görmək istərdi. S.Hüseyn.
|
ÇALIŞIB-VURUŞMA, ÇALIŞIB-ÇAPALAMA (ID - 6593)“Çalışıb-vuruşmaq”, “çalışıb-çapalamaq”dan f.is.
|
ÇALIŞIB-VURUŞMAQ, ÇALIŞIB-ÇAPALAMAQ (ID - 6594)f Çox çalışmaq, həddən artıq zəhmət çəkmək. Çalışıb-vuruşub ev tikmək.
|
ÇALIŞQAN (ID - 6595)sif. Çalışan, canyandıran, səy və qeyrət göstərən; cəhd edən, zəhmətsevən. Çox çalışqan adamdır. - Araz çalışqan, zəhmətsevən, öz qüvvət və məharətinə inanan ciddi və iradəli bir gənc fəhlə idi. Şaiq. Müəllimin...
|
ÇALIŞQANLIQ (ID - 6596)is. Çalışqan adamın xasiyyəti; zəhmətsevərlik, canyandırma, səyetmə. Özü hər iş bilir, çox da zirəkdir; Çalışqanlıqda misli yoxdur, təkdir. C.Cabbarlı. Bu qələbə məktəbdə uzun aylar boyu davam edən cidd-cəhdin, inadlı çalışqanlığın...
|
ÇALIŞMA (ID - 6597)1. “Çalışmaq”dan f.is.
2. is. Şagirdə evdə yerinə yetirmək üçün verilən tapşırıq. Fonetikadan çalışmalar. Çalışmanı yerinə yetirmək. |
ÇALIŞMAQ (ID - 6598)f 1. Bir şeyi əldə etmək üçün səy göstərmək, əmək sərf etmək, səy və qeyrət göstərmək, cidd-cəhd göstərmək, əlləşmək. Qalib gəlməyə çalışmaq. - Deyirdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb,...
|
ÇALIŞ-VURUŞ (ID - 6599)zərf Çox çalışaraq, əziyyətlə, zəhmətlə, çətinliklə. [Sevil Gülüşə:] ..Əvvəllər yoxsul idik, gündüzləri çalış-vuruş, əlimizə düşən bir parça çörəyi axşam şad ürəklə yeyib dinc yaşayırdıq. C.Cabbarlı.
|
ÇALLANMA, ÇALLAŞMA (ID - 6600)“Çallanmaq”, “çallaşmaq”dan f.is.
|
ÇALLANMAQ, ÇALLAŞMAQ (ID - 6601)f. Çal olmaq, bozarmaq. Gömgöy olan bir taxıl, görürsən, bir gün çallayıb, bir gün ağarır, vağanıyır, bir azdan tökülür, çürüyür. S.Rəhimov.
// Ağarmağa başlamaq, dən düşmək. [Dostumun] rast və gözəl qaməti əyilib,... |
ÇALMA1 (ID - 6602)“Çalmaq1’dan f.is. Kamançada çalma.
|
ÇALMA2 (ID - 6603)“Çalmaq2”dan f.is.
|
ÇALMA3 (ID - 6604)is. 1. Başa sarman sarıq. Hind kişilərinin başında çalma vardı.
□□ Çalma çalmaq (vurmaq) - Başına çalma sarımaq. Çalmanı başa çaldı; Göz üstən qaşa çaldı. Mən namərdə neylədim; Ömrümü daşa çaldı. (Bayatı). [Nazlı:]... |
ÇALMAQ1 (ID - 6605)f 1. Çalğı alətində bir musiqi nömrəsi icra etmək, çalğı alətini səsləndirmək. Tar çalmaq. Dumbul çalmaq. Pianino çalmaq. - Oxuyub-çalanlar yavaş-yavaş kamança və udu hazırlayıb çalmağa başladılar. Bir qədər ərəbcə çalıb-oxudular....
|
ÇALMAQ2 (ID - 6606)f Çalğı2
|
ÇALMAQ3 (ID - 6607)f Çalma kimi Başına sarımaq. [Abbas:] Götür, çək sürməni qaşına, gəlsin; Çal əyri çalmanı başına, gəlsin. “Abbas və Gülgəz”. Xanpəri acıqlı olanda kəlağayısının ucu ilə başını çalardı. Ə.Vəliyev.
|
ÇALMALI (ID - 6608)sif. 1. Başmda çalma olan (bax çalma3 1-ci mənada). Çalmalı seyidin son sözləri eşidildi. Mir Cəlal.
2. Kiçik kəlağayı, ləçək və s.-ni çalma kimi Başına sarımış (b ax çalma 2-ci mənada). Bu əyri çalmalı, xumar gözlünün;... |
ÇALOV (ID - 6609)is. 1. Səpələnən və ya un kimi şeyləri götürmək üçün yanları azacıq yuxarı əyilmiş, bir tərəfi açıq, qısadəstəli alət. Çalovla un götürmək.
tex. Ekskavatorda və bəzi başqa mexanizmlərdə torpaq və s. götürmək üçün... |
ÇALOWARİ (ID - 6610)sif. Çalov şəklində olan, çalova oxşayan (bax çalov 1-ci mənada).
|
ÇALPANAQ (ID - 6611)is. Odun və s. qırıntısı; talaşa. Mürsəl kişi səhər tezdən qalxıb odun yararkən palıd kötüyündən bir çalpanaq qopub üzünə dəydi və qaşlarının arasını bərk qanatdı. M.Hüseyn.
|
ÇALPAPAQ(LI) (ID - 6612) |
ÇALPAŞIQ (ID - 6613)sif. və zərf Bir-birinə qarışmış; dolaşıq, qarışıq, qat-qarışıq. [Surxay Aydına:] O gün gördünmü, doktor da dedi, zehnin, təsəvvüratın çalpaşıq işləyir. C.Cabbarlı. Qoca mələkdən birisi dəftərdə hesab çalpaşıq düşdükcə...
|
ÇALSAÇ(LI) (ID - 6614)bax çalbaş(lı). Sədrin otağından ucaboy, uzunsifət, çalsaç, səliqəli geyinmiş bir kişi çıxdı. Mir Cəlal. ..Çalsaçlı, kobud görkəmli Sultan əmi ilə bu zərif körpə gəlini yanaşı görmək lap qəribə olardı. İ.Hüseynov.
|
ÇALSAQQAL(LI) (ID - 6615)sif. Saqqalı ağarmağa başlamış, saqqalı çallaşmış. Ho! Ho! - deyə alçaqboylu, çalsaqqallı, gün altında işləməkdən kobud əl və üzü qaralmış arabaçımız Səməd kişi öküzləri səslədi. T.Ş.Simurq. Qara arxalıqlı, gödək,...
|
ÇAMADAN (ID - 6616)is. [rus. чемодан, əsli fars. camədan] Paltar və b. şeylər saxlamaq və aparmaq üçün qulplu qutu şəkilli qab. Məşədi Həsən gəldi, gördü çamadanı qablayıram. Ə.Haqverdiyev. [Nuriyyə:] Çamadanla bağlamanı götürüb tez...
|
ÇAMIR (ID - 6617)is. 1. Palçıq, lil, lehmə. Qışda hər yanda lil, çamırpalçıq; Yayda tozdan havası olmur açıq. A.Səhhət. [Pəricahan xanım:] Qaşqa atı çamıra salmağa heyfim gəldi. S.S.Axundov.
2. məc. Gerilik, cəhalət, mədəniyyətsizlik; bataqlıq... |
ÇAMIRLANMA (ID - 6618)“Çamırlanmaq”dan f.is.
|
ÇAMIRLANMAQ (ID - 6619)f 1. Palçıq olmaq, bataqlaşmaq. Küçə çamırlanmışdı.
2. Çamıra (palçığa) bulanmaq, çamırla örtülmək, çamıra batmaq. |
ÇAMIRLAŞMA (ID - 6620)“Çamırlaşmaq”dan f.is.
|
ÇAMIRLAŞMAQ (ID - 6621)f Çamır halına gəlmək, bataqlaşmaq.
|
ÇAMIRLI (ID - 6622)sif. Palçıqlı, lilli, lehməli, bataqlı. Görsəm çamırlı bir küçədə oynayır haçaq; Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq.
Səhhət. Çamırlı yerdən qalxan buxar dibsiz fəzanın dərinliklərinə uçub getdi. M.Hüseyn. ... |
ÇAMIRLIQ (ID - 6623)is. 1. Çamırla, lehmə ilə, palçıqla örtülü yer; çamır çox olan yer; palçıqlıq.
2. köhn. Qıçları, dizləri çamırdan qorumaq üçün meşindən və ya başqa materialdan hazırlanan geyim. |
ÇANAQ (ID - 6624)is. 1. İçi oyulmaqla ağacdan (taxtadan) hazırlanan qab növü. Çanağa un tökmək. - ..Kənarda taxtadan qayrılmış bir neçə su çanağı var idi. C.Məmmədquluzadə.
Çanaq tutan qədər ölçü vahidi. İki çanaq un. - [Pakizə xala:]... |
ÇANAQLI (ID - 6625)sif. Çanağı olan, bədəni çanaqla örtülmüş (bax çanaq 2-ci mənada). Çanaqlı bağa. Çanaqlı ilbiz. - Çanaqlı yastıca yarpaq yığımına başlanan zaman öz yumurtalarını salır. “Çay bitkisi”.
|
ÇANTA (ID - 6626)is. Az və xırda şeylər qoyub daşımaq üçün parça, dəri və s.-dən tikilən kisə. Poçtalyon çantası. Patron çantası. Məktəbli çantası. - Bir gün qəhrəmanım əlində çanta; Görüncə: - Gedirəm, - dedi, - fronta. M.Müşfiq....
|
ÇANTALI (ID - 6627)sif. Çantası olan, əlində və ya çiynində çanta gəzdirən. Çantalı poçtalyon.
Bir azdan çiyni çantalı Rüxsarə ilə Ziba gəlib çıxdı. S.Rəhimov. Damdan-divardan boylanan çantalı uşaqları bəzən adbaad çağırıb içəri salardı.... |
ÇAP (ID - 6628)is. 1. Mətnin mətbəə üsulu ilə yığımı.
Çap etmək - bu üsulla nəşr etmək, dərc etmək. Bu kağızların heç birini biz çap etməmişik, necə ki oxucularımıza məlumdur və çap etməyəcəyik. C.Məmmədquluzadə. Çapa vermək... |
ÇAPACAQ (ID - 6629)is. Ət çapmaq üçün işlədilən
kəsici alət; ət baltası. Çapacaqla ət doğramaq. |
ÇAPAQ (ID - 6630)is. zool. Çoxalmaq, bəzən də qışlamaq üçün çaylara keçən bədəni yanlardan basıq balıq. Siyənək balıqlarının külmə, çapaq, çəki, suf nərə növləri var.
|
ÇAPALAMA (ID - 6631)“Çapalamaq”dan f.is.
|
ÇAPALAMAQ (ID - 6632)f 1. Ağrıdan, qızdırmadan və başqa bir səbəb üzündən çırpınmaq, bədəni sarsılmaq, əl-ayağını oynatmaq. Xosrov hələ də çınqıl üzərində çapalayırdı. S.Rəhimov. [Müəllim] qızdırmanın içərisində çapalayan (f.is.)...
|
ÇAPAR (ID - 6633)is. 1. Keçmişdə: atla bir yerə məktub, əmr, xəbər aparıb-gətirən şəxs; qasid, yamçı. [Həcər] kağızı yazıb, başını bağlayıb, verdi bir çapara ki, apar, ver Ələsgərə. “Aşıq Ələsgər”. [Nofəl karvansara sahibinə:]...
|
ÇAPARAQ (ID - 6634)zərf Yüyürərək, yüyürə-yüyürə, qaça-qaça, tez, becid, cəld. Çaparaq getmək. - [Qaraş:] Budu, Əziz çaparaq gəlir, görək nə xəbər gətirir. C.Məmmədquluzadə. ..Dilşad xanım xəlvəti evdən çıxdı və çaparaq qadınlar şöbəsi...
|
Bu səhifə dəfə baxılıb