ÇOXSAYLI (ID - 7435)sif. Sayı, miqdarı çox olan; çoxlu, çox. Sara haqqındakı qədim əfsanə tədqiqatçıya çox şey deyir. Hətta həmin əfsanə çoxsaylı qız qalalarının da sirrini açmaq üçün bir vasitə ola bilər. “Elm və həyat”.
|
ÇOXSƏNƏTLİ (ID - 7436)sif Bir neçə sənəti qavrayan. Çoxsənətli artel.
|
ÇOXSƏSLİ (ID - 7437)sif mus. Çoxlu müxtəlif səslərdən ibarət olan, çoxlu müxtəlif səslərlə ifa olunan; polifonik. Çoxsəsli xor. - Əgər müstəqil melodiyalar və yaxud ahəng təşkil edən köməkçi səslər ikidən çoxdursa, ona çoxsəsli musiqi deyilir....
|
ÇOXSƏSLİLİK (ID - 7438)is. mus. Vokal və ya instrumental əsərdə bir neçə səsin eyni zamanda birləşməsi; polifoniya.
|
ÇOXSİMLİ (ID - 7439)sif Çoxlu simi olan. Çoxsimli musiqi aləti.
|
ÇOXSÖZLÜ (ID - 7440)sif Bir neçə və ya çoxlu sözdən ibarət olan. Çoxsözlü idiomatik ifadə.
|
ÇOXŞAXƏLİ (ID - 7441)bax çoxcəhətli. [Rəssamın] yaradıcılığı çoxşaxəlidir. O .. həm orijinal boyakar, həm də cizgi ustası kimi tanınır. (Qəzetlərdən).
|
ÇOXTELLİ (ID - 7442)sif Bir neçə və ya çox teli olan. Çoxtelli kanat. Çoxtelli kabel.
|
ÇOXTƏBƏQƏLİ (ID - 7443)sif. Bir neçə və ya çoxlu təbəqədən ibarət olan; çoxlaylı. Çoxtəbəqəli neft yatağı.
|
ÇOXTƏKƏRLİ (ID - 7444)sif. Bir neçə və ya çoxlu təkəri olan. Çoxtəkərli parovoz.
|
ÇOXTƏRƏFLİ (ID - 7445)sif. 1. riyaz. Bir neçə tərəfi olan; çoxüzlü. Çoxtərəfli prizma.
Bir neçə istiqaməti olan. ..Küçələr o qədər geniş və hərəkət o qədər çoxtərəflidir ki, maşınlar bir dəqiqə bir yerdə yığılıb durmalı olmur. M.İbrahimov. Bir... |
ÇOXTİLLİ (ID - 7446)sif Bir neçə tili, tiyəsi olan.
Çoxtilli bıçaq. Çoxtilli burğu. |
ÇOXTİRAJLI (ID - 7447)sif Böyük tirajla çap olunan, çıxan. Klassiklərin çoxtirajlı əsərləri.
|
ÇOXTONLU (ID - 7448)sif Ağırlığı tonlarla olan. Çoxtonlu yük.
|
ÇOXUŞAQLI (ID - 7449) |
ÇOXÜZLÜ (ID - 7450)bax çoxtərəfli 1-ci mənada.
|
ÇOXVAQONLU (ID - 7451)sif Çoxlu vaqondan tərtib olunmuş, çoxlu vaqon qoşulmuş. Çoxvaqonlu qatar. - Başqa bir dəstə isə yenicə nəfəsini dərib, dayanmış çoxvaqonlu qatarın yükünü boşaldır. (Qəzetlərdən).
|
ÇOXVARİANTLI (ID - 7452)sif Çoxlu variantı olan; müxtəlif. Eyni növ məhsulun istehsalı üçün vasitə, yol və formaların həddən artıq müxtəlifliyi təsərrüfatçılığın bütün proseslərini çoxvariantlı edir. “Elm və həyat”.
|
ÇOXYAŞLI (ID - 7453)sif Yaşı çox olan; qoca. Çoxyaşlı qadın. Çoxyaşlı ağac.
|
ÇOXYERLİ (ID - 7454)sif 1. Səmişinlər üçün çoxlu yeri olan. Çoxyerli avtobus. - Bakı ilə Moskva arasında “İl-12” markalı çoxyerli və sürətli sərnişin təyyarələri işləyir. (Qəzetlərdən).
Çoxlu adamın yaşaması, oturması üçün olan;... |
ÇOXYEYƏN (ID - 7455)sif Yeməyində hədd bilməyən; qarınqulu, doymaz, yeyimcil. Çoxyeyən adam.
|
ÇOLAQ (ID - 7456)sif Bir qıçı qısa və ya şikəst olan; axsaq, topal (bəzən qolu şikəst olanlara da deyilir). Çolaq adam. - Molla da Teymuru hələ heç görməmiş imiş. Onun çolaq olduğunu da bilmirmiş. “M.N.lətif.”. Dəcəl meymun, çolaq ayı, çəp...
|
ÇOLAQLAŞMA (ID - 7457)“Çolaqlaşmaq”dan f.sif
|
ÇOLAQLAŞMAQ (ID - 7458)f Çolaq olmaq, ayağı şikəst olmaq.
|
ÇOLAQLIQ (ID - 7459)is. Çolaq adamın halı; axsaqlıq, topallıq. [Teymur] elə zənn eləyir ki, Molla onun çolaqlığını üzünə vurmaq istəyir. “M.N.lətif.”.
|
ÇOLMA-ÇOCUQ (ID - 7460)top. 1. Övladlar, uşaqlar, oğul-uşaq. [Altunbay:] Mən sən Qorxmazı bu gün öz çolma-çocuğundan ayırıb, bir itə dəyişəcəyəm. C.Cabbarlı.
2.Uşaqlar, çocuqlar. [İlyas:] [Dayım] qollarını geniş açaraq əvvəlcə bizi - çolmaçocuğun... |
ÇOLPA (ID - 7461)is. 1. Toyuq, qartal; qırqovul və bəzi başqa quşların bir və ya ikiillik xoruzu. Qoca qartal dağ başında qərar tutub, hər səhər; Uçurduğu çolpaları bu minvalla seyr edər. S.Vurğun. Xanpəri o gün işə çıxmayıb, iki çolpa kəsdirmiş,...
|
ÇOLPALANMA (ID - 7462)“Çolpalanmaq”dan f.sif
|
ÇOLPALANMAQ (ID - 7463)f Çolpa yaşına çatmaq, böyüyüb çolpa olmaq; çolpalaşmaq. Səhər qah-qah oxur şirin dililə; Çolpalanıb çıxır budağa kəklik. Aşıq Rəcəb.
|
ÇOLPALAŞMA (ID - 7464)“Çolpalaşmaq”dan f.sif
|
ÇOLPALAŞMAQ (ID - 7465)bax çolpalanmaq. Cücələr çolpalaşıb.
|
ÇOLPALI (ID - 7466)sif Çolpadan bişirilmiş, içərisində çolpa olan. Xan həmişə Mirzənin çayını pürrəng, xörəyini çolpalı, döşəyini dördqat, mütəkkəsini qalın edərdi. S.Rəhimov.
|
ÇOLUQ-ÇOCUQ (ID - 7467)bax çolma-çocuq. Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. Çəmənzəminli. Çoluq-çocuq birbirinə qarışmışdı. S.Hüseyn.
|
ÇOMAQ (ID - 7468)is. Başı yumru ağac; dəyənək. Çomaqla ilanı öldürmək. - Keçinin əcəli çatanda başını çobanın çomağına sürtər. (Məsəl). Kişi əlində çomaq; Sürüryüklü öküzü. A.Səhhət.
|
ÇOPUR (ID - 7469)is. Çiçək xəstəliyindən üzdə qalan kələ-kötür, nahamarlıq, dəlmə-deşik. Gülbadamın çopuru dərin olsaydı da, üzünü eyibli etməzdi, çünki onun böyük, ala, uzunkirpikli gözləri üzünün tamam eybini örtürdü. N.Nərimanov.
... |
ÇOPURLAŞMA (ID - 7470)“Çopurlaşmaq”dan f.sif.
|
ÇOPURLAŞMAQ (ID - 7471)f Üzündə çopur əmələ gəlmək, çopur olmaq.
|
ÇOPURLUQ (ID - 7472) |
ÇOR (ID - 7473)is. 1. Əsasən pambıqda, bəzən də başqa bitkilərdə xəstəlik. Sahələr çor və pambıqqurduna qarşı bir neçə dəfə dərmanlanmışdır. (Qəzetlərdən).
2. məc. Söyüş, qarğış mənasında. [Hafizə xanım:] Çor xanım, zəhrimar... |
ÇOŞQA (ID - 7474)is. [rus.] dan. Donuz balası. Yarım saat belə keçməmişdi ki, [heyvandarlar] bütöv qızardılmış çoşqanı gətirdilər. M.Hüseyn.
|
ÇOTUR (ID - 7475)1. sif Kələ-kötür, nahamar.
is. Kələ-kötür, nahamar yer. |
ÇOVDAR (ID - 7476)is. bot. Unundan qara çörək bişirilən taxıl bitkisi. Çovdar unu. Çovdar əkini.
|
ÇOVDARLIQ (ID - 7477)is. Çovdar əkilmiş yer, çovdar zəmisi.
|
ÇOVĞUN (ID - 7478)is. Küləkli qar və ya yağış; boran, qasırğa. Çovğuna düşmək. - Bir saat çəkmədi ki, çovğun şiddətləndi, üfüq tutuldu, göy qaraldı, yer ağardı. Mir Cəlal. Yağış yağıb, külək əsib, çovğun qopmuşdu. Ə.Əbülhəsən.
... |
ÇOVĞUNLAMA (ID - 7479)“Çovğunlamaq”dan f.sif
|
ÇOVĞUNLAMAQ (ID - 7480)f Çovğun qalxmaq, çovğun başlamaq. Hava çovğunladı.
|
ÇOVĞUNLU (ID - 7481)sif 1. Küləkli, qar və ya yağışlı; boranlı. Çovğunlu gecə. - Rizvan belə qarlı və çovğunlu havada bir cüt öküzlə yola çıxmağa cürət etmədiyindən qonşusunun da öküzlərini aldı. S.Hüseyn. ..Qış fəslinin çovğunlu günlərindən...
|
ÇOVUMA (ID - 7482)1. “Çovumaq”dan f.sif
2. Bərk bir şeyə dəyib istiqamətini dəyişmə, hədəfdən yayınma (güllə haqqında). |
ÇOVUMAQ (ID - 7483)f 1. Cəld o tərəf-bu tərəfə getmək, qaçmaq, cummaq, cəld yönəlmək, atılmaq. İrəli-geri çovumaq.
2. Yanından ötüb keçmək (güllə haqqında). Atlarımız qoşalaşanda ikimizin arasından bir güllə çovudu. Ə.Vəliyev. //... |
ÇOVUSTAN (ID - 7484)bax çavıstan. Karvansara həyətinin lap ortasında dörd bir tərəfi açıq bir çovustan var idi, qaçqınlar burada gecələyirdi(lər). Ə.Vəliyev. Arayatılı kəndi o zaman Araza lap bitişik, qarğı çovustanlardan ibarət balaca bir “qışlaq...
|
Bu səhifə dəfə baxılıb