İzahlı lüğət

ÇOVUŞ (ID - 7485)

is. tar. 1. Keçmiş zamanlarda: fərmanları, qərarları, hökmləri uca səslə camaata elan edən şəxs.
Aşağırütbəli məmur. Əvvəl, yəni iki il bundan əqdəm Xudayar bəy qlava yanında çovuş idi. C.Məmmədquluzadə.
Keçmişdə:...

ÇOVUŞLUQ (ID - 7486)

is. Çovuş vəzifəsi. [Əmrah:] O bir odunçudur, amma mənim atam kənddə bir neçə il kətxuda yanında çovuşluq eləyib. Ə.Haqverdiyev.

ÇÖDÜKOTU (ID - 7487)

is. bot. Yarpaqları xörəyə işlədilən, daşlıq yerlərdə bitən yabanı ot bitkisi.

ÇÖHRƏ (ID - 7488)

is. Üz, surət, sima. Bu qadının çöhrəsində bir məyusluq görünürdü. S.S.Axundov. [Ayna] gülər bir çöhrə ilə yoldaşlarına tərəf döndü. Ə.Məmmədxanlı.
// Obrazlı təşbehlərdə. Ay yorğun və solğun çöhrəsi ilə buludların...

ÇÖKDÜRMƏ (ID - 7489)

“Çökdürmək”dən f.is.

ÇÖKDÜRMƏK (ID - 7490)

f 1. Çökməsinə səbəb və ya vasitə olmaq. Cənubdan əsən külək bacadan çıxan tüstünü getdikcə içəriyə çökdürürdü. S.Rəhimov.
Oturtmaq, oturmağa məcbur etmək. Dəvəni çökdürmək. - Padşah xacənin iki qolundan tutub...

ÇÖKDÜRÜCÜ (ID - 7491)

sif. xüs. Çökdürən, çökməsinə kömək edən. Çökdürücü maddə.

ÇÖKƏ1 (ID - 7492)

ÇÖKƏ2, ÇÖKƏBALIĞI (ID - 7493)

is. zool. Nərə balıqları ailəsindən qiymətli ov balığı.

ÇÖKƏK (ID - 7494)

is. Yer səthində batıq yer, kiçik çala; oyuq. İndi, bu arada çökəklərdə və bağların ara-bərəsində qalan tala qarlar da yavaş-yavaş əriyirdi. S.Rəhimov. Fişəng sönən kimi [partizanlar] cəld yüyürüb, özlərini çökəyə verdilər...

ÇÖKƏKLİK (ID - 7495)

is. Çökək yer, çala yer; oyuq, çala. Şırımlar açılarkən bəzi cərgələrdə çökəklik əmələ gəlir. (Qəzetlərdən).

ÇÖKƏLİK (ID - 7496)

is. Çoxlu çökə ağacları bitən yer.

ÇÖKƏLMƏ (ID - 7497)

“Çökəlmək”dən f.is.

ÇÖKƏLMƏK (ID - 7498)

f. Çökək əmələ gəlmək, içəri batmaq. [Sila] gülərkən ovurdları çökəlir, bu vaxt gözə çox şirin görünürdü.S.Vəliyev. [Mərcanın] çökəlmiş (f.sif.) ovurdları dolub-boşalmağa, qırışmış dodaqları əsməyə başladı....

ÇÖKMƏ (ID - 7499)

“Çökmək”dən f.is.
// is. Çökmüş, aşağa batmış yer; çala. Şoran torpaqlara əsasən çökmələrdə təsadüf olunur.

ÇÖKMƏK (ID - 7500)

f. 1. Durduğu yerdən aşağı enmək, çuxura düşmək. Binanın divarı çökmüşdür. Asfalt çökmüşdür.
// Aşağı enmək, dibinə oturmaq (mayenin içərisində olan toz, qum və s.).
Çömbəlib birdən-birə oturmaq. Yerə çökmək....

ÇÖKÜK (ID - 7501)

sif. Çökəyə düşmüş, çökmüş, içəri batmış, çuxurlaşmış. Çökük linza. Çökük güzgü. - Həyat [Vasilini] əzir, yorur, belini bükürdü. Lakin onun çökük sinəsində odlu, inadlı bir ürək döyünürdü. İ.Qasımov.

ÇÖKÜKLÜK (ID - 7502)

is. Çökük şeyin halı; çökük olma, içəriyə batma.

ÇöKÜNTÜ (ID - 7503)

is. Mayenin dibinə çökən şeylər; torta. Çaxırın çöküntüsü. Ərimiş yağın çöküntüsü.

ÇÖL (ID - 7504)

is. 1. Qumluq, susuz düzənlik; səhra, bozqır, biyaban. Ağcaqum çölü. Ərəbistan çölləri. - Nə mən Məcnun kimi çöllərdəyəm, bil; Nə sən Leyli kimi hicran xəstəsi. S.Vurğun.
// Meşəsiz düzənlik, sahə. Malqara çöldə otlayır....

ÇÖL-BAYIR (ID - 7505)

is. dan. Evdən dışarıda hər bir yer, ətraf yer. [Çimnaz] çöldə-bayırda
geydiyi qara satin tumanını, nisbətən təzə şabalıdı qədək arxalığını çıxarıb boğçaya qoydu. Ə.Əbülhəsən. Doğur qış səhəri, susur çöl-bayır;...

ÇÖLBUĞDASI (ID - 7506)

is. bot. Yabanı halda bitən cır buğda növü.

ÇÖLÇÜ (ID - 7507)

bax çöllü 1-ci mənada. [Hüseynəli xan:] Mənim qızım oxumuş qızdır, sənə yaramaz, sən bir çölçü babasan, sənə kasıbfəndi qız gərək. N.Vəzirov.

ÇÖLDONUZU (ID - 7508)

is. zool. Vəhşi donuz.

ÇÖLDOVŞANI (ID - 7509)

is. zool. Çöldə yaşayan dovşan.

ÇÖLEŞŞƏYİ (ID - 7510)

is. zool. Vəhşi eşşək; gur.

ÇöLGÖYƏRÇİNİ (ID - 7511)

is. zool. Çöldə yaşayan vəhşi göyərçin.

ÇöLKEŞNİŞİ (ID - 7512)

is. bot. Yabanı halda bitən keşniş.

ÇÖLKƏSƏYƏNİ (ID - 7513)

is. zool. Payız və qış yuxusu keçirən siçovula oxşar iri gəmirici.

ÇÖLQARANQUŞU (ID - 7514)

is. zool. Yaşayış yerlərindən uzaqda, çöldə yaşayan qaranquş.

ÇÖLQAZI (ID - 7515)

is. zool. Vəhşi qaz.

ÇÖLLALƏSİ (ID - 7516)

is. bot. Yabanı halda bitən lalə.

ÇÖLLƏMƏ (ID - 7517)

zərf Yolu qısaltmaq üçün çöldə düz yolla deyil, kəsə yolla. Çölləmə getmək.

ÇÖLLÜ (ID - 7518)

sif köhn. 1. Kəndli, kəndçi. Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum! M.Ə.Sabir. Kərbəlayı Xəlil dükanında oturub, çöllülərdən almış olduğu yağ barəsində düşünürdü. T.Ş.Simurq.
2. məc. Geri qalmış, mədəniyyətsiz,...

ÇÖLLÜK (ID - 7519)

is. b ax çöl 1 -ci mənada. [Atam:] Ay dəli, çöllükdür, ürəyini sıxma! Bunun da bir nəşəsi var. A.Şaiq.

ÇÖLMƏ (ID - 7520)

ÇÖLNANƏSİ (ID - 7521)

is. bot. Yabanı halda bitən nanə.

ÇÖLNOXUDU (ID - 7522)

is. bot. Yabanı halda bitən noxud.

ÇÖLÖRDƏYİ (ID - 7523)

is. zool. Vəhşi ördək.

ÇÖLPİŞİYİ (ID - 7524)

is. zool. Vəhşi pişik.

ÇÖLSİÇANI (ID - 7525)

is. zool. Çöldə yaşayan siçan növü.

ÇÖLTƏRƏSİ (ID - 7526)

is. bot. Yazın əvvəllərində bitən, xörəyə qatılan ot bitkisi.

ÇÖLTURŞƏNGİ (ID - 7527)

is. bot. Yabanı halda bitən turşəng.

ÇÖLYOVŞANI (ID - 7528)

is. bot. Əsasən quru yamaclarda bitən yovşan.

ÇÖMBƏLƏN1, ÇÖMBƏLƏK (ID - 7529)

zərf Çömbəlmiş halda, çömbələrək, dizlərini yığaraq. Çömbələn əyləşmək. - Pərişan çömbələk oturub, əlini arxın suyunda yudu və danışdı. M.İbrahimov.

ÇÖMBƏLƏN2 (ID - 7530)

bax dombalan 2-ci mənada.

ÇÖM(B)ƏLMƏ (ID - 7531)

1. “Çöm(b)əlmək” f.is.
zərf bax çömbələn1

ÇÖM(B)ƏLMƏK (ID - 7532)

f Ayaqlarını dizlərindən qatlayıb pəncələri üstündə oturmaq. Tülkü görcək yavaş-yavaş gəldi; Endirib baş, ədəblə çömbəldi. M.Ə.Sabir. Bir qədər də baxandan sonra kəndlilər gəlib çömbəlirlər tayanın kölgəsində. C.Məmmədquluzadə....

ÇÖM(B)ƏLTMƏ (ID - 7533)

“Çöm(b)əltmək”dən f.is.

ÇÖM(B)ƏLTMƏK (ID - 7534)

icb. Çöm(b)ələrək oturtmaq.

Bu səhifə dəfə baxılıb

......