İzahlı lüğət

ÇÖL

is. 1. Qumluq, susuz düzənlik; səhra, bozqır, biyaban. Ağcaqum çölü. Ərəbistan çölləri. - Nə mən Məcnun kimi çöllərdəyəm, bil; Nə sən Leyli kimi hicran xəstəsi. S.Vurğun.
// Meşəsiz düzənlik, sahə. Malqara çöldə otlayır. Çöldə canavarlar ulayır.
Dolandım çöllər, səhralar; Bulaq üstə yarpız gördüm. “Koroğlu”.
Tarla. Taxılı çöldən daşımaq. - Çöldə qızğın biçin gedirdi. S.Rəhman.
dan. Bayır, dışarı, eşik, həyət. Çölə çıxmaq. Çöldə gizlənmək. - Hamamın içində, içində və çölündə; Yay, yaz, qış, bahar isti, sərin var. Ü.Hacıbəyov. Şüşəbəndli otağın içərisi və çölü ağzınacan dolu idi. S.Rəhimov. Səni düşünürəm, yağır çöldə qar; Döyür pəncərəmi bir dəli ruzgar. Ə.Cəmil.
□□ Çöldə qalmaq - evsiz-eşiksiz qalmaq. Çöldə qoymaq - evindən-eşiyindən qovmaq, məhrum etmək. Çöllərə düşmək - sərgərdan olmaq, ev-eşiyindən, yurdundan ayrı düşmək, yad yerləri dolaşmaq.
çöl... Mürəkkəb heyvan və bitki adlarının əvvəlində heyvan və ya bitkinin yabanı, vəhşi olduğunu bildirir; məs.: çölbuğdası, çöleşşəyi, çöllaləsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed