İzahlı lüğət

ÇƏPƏL (ID - 6985)

is. dan. Həyasız, utanmaz. [Nənə dedi:] Bala, bu çəpəl səni aldadır, getmə. (Nağıl). Qonşuynan dalaşar, uşağı döyər; Kəsən yoxdu bu çəpəlin dilini. Aşıq Ələsgər.

ÇƏPƏNDAZI (ID - 6986)

bax çəpəki 1 və 2-ci mənalarda. Qazı qarıya çəpəndazı baxıb soruşdu: - Bəs, sığallı xanım, bizim zəhmətimiz? S.Rəhimov.

ÇƏPƏR (ID - 6987)

is. 1. Bir yerin və ya bir şeyin ətrafına taxtadan və ya başqa materiallardan çəkilən divar, barı; hasar. Həyətin ətrafına çəpər çəkmək. - Qapıda, pilləkənlərdə, tikinti üçün çəkilmiş taxta çəpərlər arasında danışıq...

ÇƏPƏRLƏMƏ (ID - 6988)

“Çəpərləmək”dən f.is.

ÇƏPƏRLƏMƏK (ID - 6989)

f Çəpər çəkmək, çəpər düzəltmək. Bostanı çəpərləmək. - Sahəni mümkün olduğu qədər tez çəpərləmək lazımdır. “Çay bitkisi”.

ÇƏPƏRLƏNMƏ (ID - 6990)

“Çəpərlənmək”dən f.is.

ÇƏPƏRLƏNMƏK (ID - 6991)

məch. Çəpər çəkilmək, çəpər düzəldilmək, çəpər içərisinə alınmaq. Həyətin ətrafı çəpərləndi.

ÇƏPƏRLƏNMİŞ (ID - 6992)

f.sif. Çəpər çəkilmiş, çəpər içərisinə alınmış. Yalnız bir ağılın qabağında, dövrəsi qamışdan çəpərlənmiş meydançada bir neçə körpə quzu mələşirdi. M.İbrahimov.

ÇƏPƏRLİ (ID - 6993)

sif. Çəpəri olan, ətrafına çəpər çəkilmiş, çəpərə alınmış. Ələmdar qalın çəpərli həyətinə girib, qəzəblə arvadını səslədi: - Bənövşə, Bənövşə! S.Rəhimov.

ÇƏPGÖZ (ID - 6994)

sif Gözləri çəp olan. Molla evlənib, çəpgöz bir arvad alır. “M.N.lətif.”.

ÇƏPGÖZLÜK (ID - 6995)

is. Bəbəklərin müxtəlif istiqamətdə olmasından ibarət göz xəstəliyi.

ÇƏPİK1 (ID - 6996)

is. Alqış, əl çalmaq.
□ Çəpik çalmaq - alqış əlaməti olaraq əllərini bir-birinə vurmaq, əl çalmaq. ..Bəylər də qaqqıldayaqaqqıldaya qızların oynamağına çəpik çalırdılar. C.Məmmədquluzadə. Yallı gedir ağacları,...

ÇƏPİK2 (ID - 6997)

is. [“çevik” sözünün təhrif edilmiş forması] Zirək, diribaş.

ÇƏPİNƏ (ID - 6998)

b ax çəpəki 2-ci mənada.

ÇƏPİŞ (ID - 6999)

is. Altı aymı keçməmiş keçi balası, oğlaq. Burada sarı və boz kərə, qumral, əbrəş, qaşqa quzular və ağlı-qaralı çəpişlər birbirinə qarışmışdı. M.İbrahimov. Ağ mayaların üstündə oturub yayxana-yayxana gedən qoca qarıların...

ÇƏPKƏN (ID - 7000)

is. Qolları çapıq, qıraqları baftatı, astarlı qadın geyimi. ..Süzülüb sallanan kəlağayı [Kiçikbəyimin] incə vücudunun bir tərəfini tutmuş, çəhrayı çəpkəninin ancaq bir qolu görünürdü. Çəmənzəminli. Dul arvadın vurtut...

ÇƏPLƏŞMƏ (ID - 7001)

“Çəpləşmək”dən f.is.

ÇƏPLƏŞMƏK (ID - 7002)

qarş. Sözləri düz gəlməmək, aralarında ədavət əmələ gəlmək. Qardaşlar çəpləşdilər, dava-şava gücləndi. S.Rəhimov. [Rüstəmdə] yorğun olanda və ya birisi ilə çəpləşəndə trubkanı sümürüb, stəkanda buğlanan çaya...

ÇƏPMİL(Lİ) (ID - 7003)

sif. Milləri, xətləri düzünə deyil, çəpinə olan. Çəpmil dəftər.

ÇƏR (ID - 7004)

is. bayt. Tərləmiş atı sulamaq nəticəsində onda əmələ gələn revmatizm iltihabı. Atlar sakit-sakit uzanıb yatır; Bəzisi saqqodur, bəzisi də çər. B.Vahabzadə.

ÇƏRÇİ (ID - 7005)

is. köhn. Gəzərək xırda alver edən adam, gəzərgi alverçi; xırdavatçı. [Mirzə Əliməmməd Səfərə:] Pul verərəm, bir az mal alarsan, çərçi sifətilə gedərsən, sata-sata camaata qarışıb əhval tutarsan.. Çəmənzəminli. [Əmiraslan...

ÇƏRÇİLİK (ID - 7006)

is. 1. köhn. Çərçinin işi, peşəsi; xırdavatçılıq. [Hacı Mehdi:] Get bazara, çərçiliyini elə, beş şahı qazan, ətə, çörəyə ver, gətir ye, yıxıl yat. Ə.Haqverdiyev.
2. məc. dan. Boşboğazlıq, laqqırtı. Bəsdir çərçilik...

ÇƏRÇİVƏ (ID - 7007)

is. [fars. çəhar çubə - dörd ağac] 1. Bir şeyi çərçivələmək, keçirmək üçün taxtadan və s.-dən qayrılmış dördbucaq və ya oval formada kənarlıq, qəfəs. Pəncərənin çərçivəsi. Alüminium çərçivə.
Qapı çərçivəyə...

ÇƏRÇİVƏLƏMƏ (ID - 7008)

“Çərçivələmək”dən f.is.

ÇƏRÇİVƏLƏMƏK (ID - 7009)

f Çərçivəyə salmaq, çərçivəyə yerləşdirmək; haşiyələmək. Şəkli çərçivələmək.

ÇƏRÇİVƏLİ (ID - 7010)

sif. Çərçivəyə salınmış, çərçivəsi olan; haşiyələnmiş. Çərçivəli şəkil. -Kəllə divarda böyük çərçivəli Rza şahın əksi asılmışdı. M.İbrahimov.

ÇƏRDƏK (ID - 7011)

bax çəyirdək. Kərim duruxdu, az qaldı ki, zoğal çərdəyi boğazına getsin. Ə.Vəliyev.

ÇƏRDƏKLİ (ID - 7012)

b ax çəyirdəkli.

ÇƏRDƏKSİZ (ID - 7013)

bax çəyirdəksiz. Çərdəksiz meyvə.

ÇƏRDƏYMİŞ (ID - 7014)

is. Əsil mənası “çər xəstəliyinə tutulmuş” olub, ev heyvanları haqqında yüngül qarğış kimi işlədilir. [Molla:] Vallah, çoxdandır ki, minməmişəm, amma çərdəymiş buzov vaxtında elə yaman qaçağan idi. “M.N.lətif.”...

ÇƏRƏK (ID - 7015)

is. [fars. çəhar yek - dörddə bir] Arşının dörddə birinə bərabər uzunluq ölçüsü (17,75 sm). Təndirlə üzbəüz divarın içində beş çərək enində üç arşın hündürlüyü olan suaxan görməkolardı. H.Sarabski. Nə məhəbbət,...

ÇƏRƏKƏ (ID - 7016)

is. [fars.] köhn. Keçmişdə: mollaxanalarda ərəb əlifbasını öyrənmək üçün dərslik, əlifba kitabı. Amma Xəlil özü bir küncdə əyləşib əlində çərəkəsi, diqqəti tamamilə dərsini əzbərləməkdədir. Ə.Haqverdiyev. O zamanın...

ÇƏRƏN (ID - 7017)

bax çərən-pərən. Qarı nənənin sözlərini sanma çərəndir! Canım, gözüm, ay qız! M.Ə.Sabir.

ÇƏRƏNÇİ (ID - 7018)

sif. və is. Boş-boş danışan; naqqal. Çərənçinin biridir.

ÇƏRƏNÇİLİK (ID - 7019)

is. Boş-boş danışma; naqqallıq. [Paşa bəy:] Fərrux! Kimə etibar eləyirsən, kimə inanırsan, hamısını işə qoş, daha çərənçiliklə məşğul olma! Ə.Vəliyev.

ÇƏRƏNDƏYMİŞ (ID - 7020)

bax çərdəymiş. [Koroğlu dedi:] Paşa sağ olsun, o Koroğlunun bir çərəndəymiş atı var. “Koroğlu”.

ÇƏRƏNLƏMƏ (ID - 7021)

“Çərənləmək”dən f.is.

ÇƏRƏNLƏMƏK (ID - 7022)

f Boş-boş danışmaq, çərən-pərən danışmaq. [Hacı Murad:] Di itil get! Yenə çərənnəməyə başlama! S.S.Axundov. [Pirqulu Səlimə:] Daha sən də bəsdir çərənlədin. C.Cabbarlı.

ÇƏRƏN-PƏRƏN (ID - 7023)

is. Boş danışıq, cəfəngiyat, tartan-partan. [Sultan:] Çərən-pərənə qulaq asmaq üçün mənim vaxtım yoxdur. İ.Hüseynov.
□ Çərən-pərən danışmaq bax çərənləmək. ..Dumada danışmaq nəyə lazımdı? O qədər orada çərən-pərən...

ÇƏRƏZ (ID - 7024)

is. Adətən, xörəkdən sonra yeyilən quru meyvə, xuşgəbar, şirniyyat şeyləri, desert. Mirzənin cibləri çərəzdən boş olmazdı. Ə.Haqverdiyev. Gözəl indi Həbibin ətrafında bərk hərlənirdi. Onun qabağına təzə dəmlənmiş çay...

ÇƏRX (ID - 7025)

is. [fars.] 1. Bax çarx. Cırıldayan arabanın çərxləri; Qazmış yolu, yerdə qalmış əsəri. A.Səhhət. Toplar öz atəşləri və çərxlərilə durmadan manevr edirdilər. Ə.Məmmədxanlı.
2. məc. Dünya, fələk. Tən etmə ki, çərx...

ÇƏRİ (ID - 7026)

is. qəd. Qoşun, ordu. Xotkar üstümüzə çəri buyurdu; Döyüşərəm, dönmənəm, edərəm cəngi. “Koroğlu”.

ÇƏRKƏZ (ID - 7027)

is. Qaraçay-Çərkəz muxtar vilayətində yaşayan xalqlardan biri.

ÇƏRKƏZCƏ (ID - 7028)

sif. və zərf Çərkəz dilində. Çərkəzcə danışmaq.

ÇƏRKƏZİ (ID - 7029)

is. etnoqr. Qafqaz xalqlarının geydikləri döşü vəznəli uzun kişi geyimi (milli paltarı). [Murad bəy:] Hərdənbir çərkəzisini geyib, qızıl vəznələrini də taxırdı. Qantəmir.
// Sif. mənasında. [Leylək] qoltuqçunun çiynindəki...

ÇƏRLƏMƏ (ID - 7030)

“Çərləmək”dən f.is.

ÇƏRLƏMƏK (ID - 7031)

f 1. Çər xəstəliyi tutmaq (bax çər). At çərləmişdir. Bu saat atdan qan almaq lazımdır. Ə.Vəliyev.
2. Bezmək, usanmaq, təngə gəlmək, cana gəlmək, bıqmaq (danışıqdan, söhbətdən).

ÇƏRLƏNMƏ (ID - 7032)

“Çərlənmək”dən f.is.

ÇƏRLƏNMƏK (ID - 7033)

f 1. Çər xəstəliyinə tutulmaq (b ax çər). At çərləndi.
Bezmək, usanmaq, təngə gəlmək, bıqmaq.

ÇƏRLƏTMƏ (ID - 7034)

“Çərlətmək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed