İzahlı lüğət

ÇƏPƏR

is. 1. Bir yerin və ya bir şeyin ətrafına taxtadan və ya başqa materiallardan çəkilən divar, barı; hasar. Həyətin ətrafına çəpər çəkmək. - Qapıda, pilləkənlərdə, tikinti üçün çəkilmiş taxta çəpərlər arasında danışıq başlandı. Mir Cəlal. Məftil çəpərləri qıra bilən xalq; Bir il gec, bir il tez - qıracaqyenə. B.Vahabzadə. Döngələri necə burulduğunu çəpərlərdən necə aşdığını, körpünü nə vaxt keçdiyini bilmədi. Qapını taybatay açıb içəri girdi. İ.Şıxlı.
Bostanda əkini küləkdən qorumaq üçün ləklərin arasında tikan və s.-dən çəkilən sədd. Tikan çəpər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed