İzahlı lüğət

ÇAPARAQLAMA (ID - 6635)

“Çaparaqlamaq”dan f.is.

ÇAPARAQLAMAQ (ID - 6636)

f. 1. Çaparaq getmək və ya gəlmək; yüyürmək. Uşaq çaparaqladı.
2. Atı bərk sürmək; qovmaq. Atlılar kəndin içi ilə başıaşağı çaparaqlayıb böyük darvazalı həyətə girdilər. S.Rəhimov.

ÇAPARXANA (ID - 6637)

is. tar. Keçmişdə: çaparların poçt yolunda bir-birini əvəz etmək və ya atlarını dəyişdirmək üçün durduqları yer, poçt məntəqəsi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy ” adilə məşhur idi....

ÇAPÇI (ID - 6638)

is. Mətbəənin çap sexi işçisi.

ÇAPÇILIQ (ID - 6639)

is. Çapçının sənəti, işi. Çapçılıq kursu.

ÇAPXANA (ID - 6640)

is. Mətbəə, poliqrafiya. Çapxana işçisi.

ÇAPIB-TALAMA (ID - 6641)

“Çapıb-talamaq”dan f.h.

ÇAPIB-TALAMAQ (ID - 6642)

bax çapmaq 3-cü mənada. Mirzə Fətəli öz dövrünün heç bir bacarığı olmayan, başqalarının hesabına yaşayan, quldur dəstələri düzəldib, karvanları çapıb-talayan, bununla da özlərini qoçaq göstərmək istəyən bəylərini də...

ÇAPIQ (ID - 6643)

is. 1. Bədənin hər hansı bir yerində sağalmış zədə yeri, yara yeri, yarıq izi. Əjdərin alnında kiçik bir çapıq qalmışdı. S.Rəhman. Lətifin burnunun üstündəki çapıq olmasaydı, yəqin ki, hər şey çoxdan bəri yaddan çıxardı....

ÇAPILMA (ID - 6644)

“Çapılmaq”dan f.is.

ÇAPILMAQ (ID - 6645)

ÇAPI(R)TMA (ID - 6646)

“Çapı(r)tmaq”dan f.is.

ÇAPI(R)TMAQ (ID - 6647)

f. Çapmaq, bərk sürmək (adətən at haqqında). Yenə çapırdacaq atını külək; İsti ocaqları soyudacaqdır. S.Vurğun. [Ağsaqqal kişi:] İndi necə deyərlər, hər fırıldaq kəndlinin başındadır, qardaş, yetən atını çapıdır....

ÇAPIŞ (ID - 6648)

is. Çapmaq işi, çapma (at haqqında). Tərlan qızğın bir çapışla irəli atılır, qabağına nə gəlirsə vurub keçirdi. Ə.Məmmədxanlı.

ÇAPIŞMA (ID - 6649)

“Çapışmaq”dan f.is.

ÇAPIŞMAQ (ID - 6650)

qarş. At çapmaqda yarışmaq. Budur, aşağıdan üçüncü dolaydan başıyuxarı iki atlı çapışır. C.Məmmədquluzadə. [Həsən:] Gəl çapışaq, - deyə yoldaşım təklif etdi.. Mən irəlidən, Həsən arxadan atların başını buraxdıq....

ÇAPQIN (ID - 6651)

is. Soyğunçuluq məqsədilə silahlı basqın; quldurluq, çapovulçuluq, yolkəsmə, çapqınçılıq. Qubernator həmişə deyirdi: - Çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyun...

ÇAPQINÇI (ID - 6652)

is. Çapqınla məşğul olan adam; quldur, soyğunçu, çapovulçu, yolkəsən. Çapqınçı dəstəsi.

ÇAPQINÇILIQ (ID - 6653)

bax çapqın. Əslən mühit və şəraitə görə gözüaçıq olan bu namuslu arvad böyük analıq duyğusu ilə başa düşmüşdü ki, bu çapqınçılıq, oğurluq elə belə qalmayacaq. Ə.Əbülhəsən.

ÇAPMA (ID - 6654)

“Çapmaq”dan f.is.

ÇAPMAQ (ID - 6655)

f. 1. Çapacaq, balta, külüng və s. ilə parçalamaq, doğramaq. Ət çapmaq. Odun çapmaq. - Belə ki, hansı kənd Şurasının adamı harada işləyəcək, nə qədər iş görəcək, torpaq qaldıracaq, daş çapacaq, meşə çıxaracaq - hamısı...

ÇAPOVUL (ID - 6656)

1. Bax çapqın.
2. Bax çapqınçı. Çapovul Osman paşa; Şirvanı tutdu daşa. M.Müşflq. Görünür, rəis yaylaqda asayiş düzəldəcək, çapovulların qabağını alacaqdı. Mir Cəlal.

ÇAPOVULÇULUQ (ID - 6657)

bax çapovul 1-ci mənada. [Qazan xan Quldurbaşıya:] Sənin oğullarını əllərində qılınc çapovulçuluqda, basqınçılıqda tutdum, yataqdan gətirmədim, qorxaq tülkü! M.Rzaquluzadə.

ÇAR (ID - 6658)

is. [rus.] tar. Padşah; rus padşahı. Çar istibdadı. - Çar zamanı idi, istibdadın ən şiddətli, ən qızğın vaxtı idi.. E.Sultanov. Çarın orduları ikinci dəfə; Hücuma başladı Bakı tərəfə. S.Vurğun.

ÇARDAQ (ID - 6659)

[fars.] 1. Bax talvar 1-ci mənada. Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfində ağacdan bir çardaq tikilib.. M.F.Axundzadə. Həyətin küncündə, çardağın altında bir çılpaq ağ at bağlanmışdı. C.Məmmədquluzadə.
2....

ÇARDAQLI (ID - 6660)

sif. Çardağı olan, talvarlı. Çardaqlı həyət. Çardaqlı ev.

ÇARƏ (ID - 6661)

is. [fars.] 1. Bir şeyin əldə edilməsinə, bir nəticəyə gəlməyə, çətin bir məsələnin həllinə mane olan əngəlləri aradan qaldırmaq üçün lazım olan çıxış yolu; tədbir, vasitə, əlac.
□ Çarə aramaq (axtarmaq, görmək)...

ÇARƏSİZ (ID - 6662)

1. zərf Əlacsız, əlacı kəsilərək, məcbur olaraq, naçar. Durdum, mağaranın ağzından içəri baxdım. Bir şey görmədim, çarəsiz mağaraya girdim. A.Şaiq. Rəna gedən zaman dönüb baxdı qız; Neyləyə bilərdi, baxdı çarəsiz. M.Rahim.
...

ÇARƏSİZLİK (ID - 6663)

is. Çarəsi, əlacı, çıxış yolu olmayan bir vəziyyət; əlacsızlıq, acizlik. Öz çarəsizliyindən utanan xalq məbhut çocuqlar kimi yan-yörəsinə baxırdı. Ə.Əbülhəsən.

ÇARGAH (ID - 6664)

is. [fars.] Azərbaycan klassik muğamlarından birinin adı. Dinləsin səsini bir çargah kimi; Qarılar, qocalar, yeni nəsillər! M.Müşfiq.

ÇARGO(V) (ID - 6665)

is. [fars.] köhn. Dörd öküz qoşulmuş araba, cüt. [Tubu Həsənə:] Bircə de görüm, sən cüt əkən vaxt ağa gəlib sənin çargovuna minəcəkdirmi? Ə.Haqverdiyev.

ÇARGÜL (ID - 6666)

sif. [fars.] Dördbucaq(lı). ..Blindaj təqribən üç kvadratmetrlik, üç xırda pəncərəli, çargül bir otaqdan ibarətdi. Çəmənzəminli. Qonaqlar gözəl, çargül xalçaya maraqla baxırdılar. Mir Cəlal.

ÇARHOVUZ (ID - 6667)

[fars. ça(ha)r və ər. hövz] Böyük hovuz. [Qulu:] Ağa, bağçada çarhovuza su buraxmışdım. S.S.Axundov. Bəzi həyətlərdə su quyusu və çarhovuz görünərdi. H.Sarabski.

ÇARHOVUZLU (ID - 6668)

sif. Çarhovuzu olan, böyük hovuzlu. Çarhovuzlu həyət.

ÇARX (ID - 6669)

is. [fars.] 1. Öz oxu ətrafında fırlanmaqla minik və ya başqa nəqliyyat vasitələrini hərəkətə gətirən (dəndənəli və ya bütöv şəkildə) dairə; təkər. Araba çarxı. Velosiped çarxı. Avtomobilin çarxı. - Bir yerdə bir araba...

ÇARXÇI (ID - 6670)

is. Kəsər alətləri çarxda (3-cü mənada) itiləməklə məşğul olan adam - usta. [Adil:] Səhər tezdən alverə çıxan kimi bir çarxçını küçədə əylədim. B.Bayramov.

ÇARXÇILIQ (ID - 6671)

is. Çarxçının sənəti, peşəsi, işi

ÇARXI (ID - 6672)

çarxı xoruzu - iri, döyüşkən xoruz cinsi. [Qasım əmi:] Oğlum, canın üçün, xalova deyərəm, sənə bir yaxşı çarxı xoruzu gətirsin. C.Məmmədquluzadə.
□□ Çarxı xoruzu kimi - dalaşqan, davakar adam haqqında. [Hürü:] Nə...

ÇARXŞƏKİLLİ (ID - 6673)

b ax çarxvari.

ÇARXVARİ (ID - 6674)

sif. Çarx şəklində olan; dairəvi, çarxşəkilli.

ÇARIQ (ID - 6675)

is. 1. Keçmişdə: kəndlilərin geydiyi aşılanmış göndən tikilən ayaqqabı. Keçəl Həmzə çarığını geydi, patavasını bərkitdi. “Koroğlu”. Vəliqulu kənarda çömbəlib başladı çarıqları çıxartmağa. C.Məmmədquluzadə.
2....

ÇARIQÇI (ID - 6676)

is. Keçmişdə: çarıq tikib satmaqla məşğul olan adam.

ÇARIQÇILIQ (ID - 6677)

is. köhn. Çarıqçının sənəti, işi, peşəsi.

ÇARIQLI (ID - 6678)

sif. Çarıq geymiş, ayağında çarıq olan. Malik motalpapaqlı, patavalı, çarıqlı, nimdaş paltarlı kəndliləri uzaqdan süzüb, qeyri-adi həyəcan içində olduqlarını anladı. M.İbrahimov.
// məc. Keçmişdə cəhalət, gerilik, mədəniyyətsizlik...

ÇARIQLIQ (ID - 6679)

sif. köhn. Çarıq tikmək üçün yarayan. Çarıqlıq dəri.

ÇARİÇA (ID - 6680)

[rus.] 1. Qadın çar, imperatriçə.
2. Çarın arvadı.

ÇARİZM (ID - 6681)

[rus.] Qeyri-məhdud hakimiyyətin təkcə padşaha, çara məxsus olduğu dövlət idarə üsulu; çar üsuli-idarəsi; çarlıq. Çarizmin devrilməsi. - Yoxsa bu qalanın hər divar daşı, Olacaq çarizmə bir məzar daşı. S.Vurğun. Knyaz Voronsovun...

ÇARQAT (ID - 6682)

is. köhn. Böyük baş yaylığı. Səba xanım bu sözləri dedikdən sonra ipək çarqatını kənara ataraq boynundakı yara yerlərini göstərdi. M.S.Ordubadi. Vəliqulu içəri girən kimi Zeynəb bir baxdı oğlunun üzünə .. və sağ əlilə...

ÇARLIQ (ID - 6683)

bax çarizm. O zaman mən gəzərkən Gürcüstan torpağında; Qanlı bir ləkə gördüm; Çarlığın bayrağında. Ə.Cavad. Çökür abidəsi qanlı çarlığın; Çökür məhkəməsi riyakarlığın. M.Müşfiq.

ÇARMIX (ID - 6684)

is. [fars.] köhn. Müqəssirin əllərini və ayaqlarını bağlamaq üçün istifadə edilən cəza aləti. .. Qırmızı donlu şəhər cəlladı onu bu uca dar ağacında çarmıxa çəkərək, geniş açılmış qollarını köndələninə çarmıxın...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed