İzahlı lüğət

ÇARƏ

is. [fars.] 1. Bir şeyin əldə edilməsinə, bir nəticəyə gəlməyə, çətin bir məsələnin həllinə mane olan əngəlləri aradan qaldırmaq üçün lazım olan çıxış yolu; tədbir, vasitə, əlac.
□ Çarə aramaq (axtarmaq, görmək) - çıxış yolu axtarmaq, əlac aramaq. [Telli] ağır bir şeyin altında qalmış kimi əzilir, qurtarması üçün çarə arayırdı. S.Hüseyn. Çarə etmək (tapmaq, qılmaq) - çıxış yolu tapmaq, vəziyyətdən çıxmaq, əlac tapmaq. [Gülsənəm:] Ay Piri baba,.. bizə bir çarə qıl. S.S.Axundov. [Mirzə Cəlil] özü də bilmirdi neyləsin, nə cür çarə tapıb, işin içindən çıxsın. Ə.Vəliyev. Çarəsi kəsilmək - çarəsiz qalmaq, əlacı kəsilmək, çıxış yolu tapmamaq. Padşahın çarəsi kəsildi, qızı keçələ verdi. (Nağıl). Aslan bəyin hər yandan çarəsi kəsildi. A.Şaiq.
2. Əlac, kömək, yardım. Dərdini yazıb deyirsən ki, şəhərinizin həkimlərinin heç biri sənə bir çarə edə bilmədilər. C.Məmmədquluzadə. [Zəhra:] Daha bir çarə yox, keçən keçmiş; Çünki Sənan ürəklə and içmiş. H.Cavid.
□□ Başına çarə qılmaq (görmək) - bax baş. Dosta layiq yoxdu, Zakir, sovqatın; Gör başına çara bu gündən belə. Q.Zakir. Nə çarə - nə etməli, nə etmək olar, nə edə bilərik, istər-istəməz razı olmalıyıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed