İzahlı lüğət

ÇAPMAQ

f. 1. Çapacaq, balta, külüng və s. ilə parçalamaq, doğramaq. Ət çapmaq. Odun çapmaq. - Belə ki, hansı kənd Şurasının adamı harada işləyəcək, nə qədər iş görəcək, torpaq qaldıracaq, daş çapacaq, meşə çıxaracaq - hamısı nəzərə alınmışdı. S.Rəhimov.
İti sürmək (atı). Odur atlılar dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər. Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəfə çapırlar.. C.Məmmədquluzadə.
// Sürətlə getmək, qaçmaq (at). Hara belə çapırsan? - At kişnəyir, çapır, toz qopur dağdan; İştə bir hənirti gəlir uzaqdan. A.Səhhət.
// Qaçıb getmək. Bəli, elə o lazımdır ki, Məşədinin gözü sataşsın övrətin qıçlarına, tez çapacaq mollanın yanına ki, filan övrəti al mənə! C.Məmmədquluzadə.
Zorla və ya başqa yolla var-yoxunu əlindən almaq; talamaq, soymaq, çapıb-talamaq. [Hacı Nuru şair:] Avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. M.F.Axundzadə.
Kəsərti ilə, iti bir şeylə yaralamaq. ..Mahmud ayağını balta ilə çapdı. Z.Xəlil. [Şəmsi] buradan yıxılıb üzünü çapmışdı. H.Seyidbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed