ÇAPIŞMAQqarş. At çapmaqda yarışmaq. Budur, aşağıdan üçüncü dolaydan başıyuxarı iki atlı çapışır. C.Məmmədquluzadə. [Həsən:] Gəl çapışaq, - deyə yoldaşım təklif etdi.. Mən irəlidən, Həsən arxadan atların başını buraxdıq. S.S.Axundov.
...çaplı Adətən silah adlarının əvvəlinə gətirilərək, onların lülələrinin diametrini (ölçüsünü) göstərir; kalibrli. İriçaplı top (pulemyot). Ortaçaplı tüfəng. - ..At qoşulmuş toplar, iriçaplı pulemyotlar vaqonlardan düşürüldü. İ.Şıxlı. Paylaşın - Hamı bilsin
|