İzahlı lüğət

ÇARMIX

is. [fars.] köhn. Müqəssirin əllərini və ayaqlarını bağlamaq üçün istifadə edilən cəza aləti. .. Qırmızı donlu şəhər cəlladı onu bu uca dar ağacında çarmıxa çəkərək, geniş açılmış qollarını köndələninə çarmıxın tirinə, uzun və çılpaq ayaqlarını da çarmıxın dirəyinə mıxlamışdı. Ə.Məmmədxanlı.
□ Çarmıxa çəkmək - 1) bu üsulla cəza vermək, cəzalandırmaq, öldürmək; Bu xatadan sovuşsam, çarmıxa çəksələr də, Ağzımı kilidlərəm, danışmaram bir daha. B.Vahabzadə. 2) məc. çox işgəncə vermək, incitmək, əziyyət vermək. [Səlimnaz:] [Xanım] bir nəlbəki düyüdən ötrü məni çarmıxa çəkibdi. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed