ÇƏRLƏTMƏK (ID - 7035)f Bezikdirmək, usandırmaq, cana gətirmək, təngə gətirmək, canını üzmək. Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin! Çərlətdi lap məni bizim övrət, gavur qızı. M.Ə.Sabir. [Bərbərzadə:] Məni qocaltdınız, daha bəsdir, məni...
|
ÇƏRMƏKİ (ID - 7036)is. Gönü döyüb yastılamaq üçün alət, çəkic. Çəkməçilər önündə döşlük, əldə çərməki, ayaqyalın çıxmışdılar. Mir Cəlal.
|
ÇƏRPƏLƏNG (ID - 7037)məh. bax badban.
|
ÇƏRŞƏNBƏ (ID - 7038)is. [fars.] Həftənin üçüncü günü, çərşənbə axşamınından sonra gələn gün. Çərşənbə günündə çeşmə başında; Gözüm bir alagöz xanıma düşdü. Aşıq Ələsgər.
Çərşənbə axşamı - həftənin ikinci günü, tək... |
ÇƏRTİK (ID - 7039)is. Çərtilmiş yer.
□ Çərtik açmaq - b ax çərtmək 2-ci mənada. |
ÇƏRTİKLƏMƏ (ID - 7040)“Çərtikləmək”dən f.is.
|
ÇƏRTİKLƏMƏK (ID - 7041)f Çərtik açmaq.
|
ÇƏRTİLMƏ (ID - 7042)“Çərtilmək”dən f.is.
|
ÇƏRTİLMƏK (ID - 7043)məch. 1. Bıçaq və s. iti alətin ucu ilə üstü azacıq kəsilmək.
2. Yonulmaq. Dəmirov .. bir dəstə çərtilmiş (f.sif.) karandaşı qabağına qoyduqdan sonra kresloya əyləşdi. Ə.Sadıq. |
ÇƏRTMƏ (ID - 7044)1. “Çərtmək”dən f.is.
2. Taxtanın, ağacın, metalın və s.-nin səthindən itiuclu alətlə azacıq kəsib götürmə; kərtik. Sırğa və qolbaqların bəzəyində .. döymə, çərtmə üsullarından geniş istifadə olunur. “Elm və... |
ÇƏRTMƏK (ID - 7045)f 1. İti bıçağın və ya başqa iti alətin ucu ilə yaranın və s.-nin üstünü azacıq kəsmək. Həkim yaranı çərtib, irini çıxardı.
Məhərrəmlikdə kərbəlayı altıaylıq uşaqların başını çərtirdi.. Çəmənzəminli. ... |
ÇƏTƏ (ID - 7046)is. [alb.] Qeyri-müəyyən silahlı dəstə.
|
ÇƏTƏÇİ (ID - 7047)is. Çətə iştirakçısı.
|
ÇƏTƏN (ID - 7048)is. məh. Qarğıdan, ağac çubuqlarından hörülmüş çəpər, hörgü. [Tubu:] Orada, çətənin dalında göydən asılıb. Ə.Haqverdiyev. Qəhrəmanlar camaatı bir zamanlar bu qarğılardan qırıb çətən toxuyar, dəyələrin və alaçıqların...
|
ÇƏTƏNƏ (ID - 7049)is. bot. Saplağından kəndir, tumlarından yağ hazırlanan birillik ot bitkisi. Çay qırağı çətənə; Gül göndərdim vətənə. Allah qismət eləsin? Öz könlüməyatana. (Bayatı).
Çətənə qoz bot. - qabığı çox bərk olan və ləpəsi... |
ÇƏTİN (ID - 7050)sif. İcrası, həyata keçirilməsi, aradan qaldırılması, həlli, başa düşülməsi və s. çox böyük zəhmət, səy, gərginlik tələb edən (asan ziddi). Çətin iş. Çətin vəzifə. Çətin imtahan. - [Nuriyyə:] Ən çətin məsələ-misallar...
|
ÇƏTİNLƏŞDİRİLMƏ (ID - 7051)“Çətinləşdirilmək”dən f.is.
|
ÇƏTİNLƏŞDİRİLMƏK (ID - 7052)məch. Daha da çətin edilmək, ağırlaşdırılmaq.
|
ÇƏTİNLƏŞDİRMƏ (ID - 7053)“Çətinləşdirmək”dən f.is.
|
ÇƏTİNLƏŞDİRMƏK (ID - 7054)f. 1. Daha da çətin etmək; ağırlaşdırmaq. Bürkü tənəffüsü daha da çətinləşdirir.
2. Daha da ağırlaşdırmaq, mürəkkəbləşdirmək, çətin etmək. İşi çətinləşdirmək. |
ÇƏTİNLƏŞMƏ (ID - 7055)“Çətinləşmək”dən f.is.
|
ÇƏTİNLƏŞMƏK (ID - 7056)f. Daha da çətin olmaq; ağırlaşmaq. [Ələkbər:] İşlər günbəgün çətinləşir. Ə.Haqverdiyev. Səlimin vəziyyəti yamanca çətinləşdi. B.Bayramov.
|
ÇƏTİNLİK (ID - 7057)is. 1. Çətin şeyin halı; çətin olma (asanlıq ziddi). Yolun çətinliyi. Məsələnin çətinliyi. - Səba xanım adəti üzrə vəzifəsində çətinlik hiss edən adamlar kimi boynunu çiyninə qoyaraq: - Əlacım nədir. M.S.Ordubadi. [Cahan:]...
|
ÇƏTİR (ID - 7058)is. 1. Günəşdən, yağışdan qorunmaq üçün əllə baş üstündə tutulan günlük; yağmurluq, zontik. Onların gözündə nə rəngli eynək; Nə də başlarında əlvan çətir var. B.Vahabzadə. Əlində alabəzək bir çətir olan qız maşına...
|
ÇƏTİRCİK (ID - 7059)is. 1. Kiçik çətir, balaca zontik. Uşaq çətirciyi.
2. bot. Balaca çətiri olan (b ax çətir 4-cü mənada). Tingin çətirciyi. |
ÇƏTİRÇİÇƏKLİLƏR (ID - 7060)cəm. bot. Çətirli çiçəkləri olan bitki fəsiləsi (bax çətirli 2-ci mənada). Keşniş birillik ot bitkisidir, çətirçiçəklilər fəsiləsinə aiddir. “Elm və həyat”.
|
ÇƏTİRLİ (ID - 7061)sif. 1. Çətiri olan; saçını çətir kimi kəsdirib alnına tökmüş. Çətirli qız.
2. bot. Çətiri (4-cü mənada) olan. Zeytun bütün il müddətində gümüşü rəngdə yarpaqlarla örtülü olan sıx çətirli çoxillik meyvə bitkisidir.... |
ÇƏTVƏR (ID - 7062)is. [rus. четверть] köhn. Metr sistemi tətbiqindən əvvəl 100 qrama bərabər ağırlıq ölçüsü. Bir çətvər xına.
|
ÇƏYİRDƏK (ID - 7063)is. bot. Alça, gavalı, albalı, zoğal və b. meyvələrin tumu. Gülsüm xala uşağın ağzını əli ilə örtüb, üzündən üflərdi, sonra barmağını uşağın ağzına salıb, əzgil çəyirdəyindən, gavalı çəyirdəyindən, kömür qırığından...
|
ÇƏYİRDƏKLİ (ID - 7064)sif. Çəyirdəyi olan; tumlu. Çəyirdəkli meyvələrə gilas, albalı, gavalı, alça, qaysı, hulu, şaftalı, zoğal və s. daxildir.
|
ÇƏYİRDƏKSİZ (ID - 7065)sif. Çəyirdəyi olmayan; tumsuz. Çəyirdəksiz meyvə.
|
ÇƏYİRTKƏ (ID - 7066)is. zool. Cırcıramaya oxşayan, uzun dal ayaqlarına dayanaraq uzağa sıçraya bilən, böyük dəstələrlə uçub, bitkiləri və əkinləri məhv edən cücü - kənd təsərrüfatı üçün təhlükəli ziyanverici. Çayın o tayındakı yoncalıqlarda...
|
ÇIĞ (ID - 7067)is. 1. Xırda qamış, qarğı.
2. Qarğı süzgəc; qarğıdan düzəldilmiş aşsüzən. |
ÇIĞIR-BAĞIR (ID - 7068)is. Çığırtı, bağırtı, qışqırıq, hay-küy. [Hacı Mehdi:] Mən sənin bu çığır-bağırından heç bir şey başa düşmürəm. Ə.Haqverdiyev. [Qadınlar] yalnız çığır-bağır salmaqla döyülən qadına yardım etmək istəyirdilər....
|
ÇIĞIRĞAN (ID - 7069)sif. dan. Çox çığıran; çığırmağa, bağırmağa, qışqırmağa adət etmiş. Çığırğan adam.
|
ÇIĞIRIQ (ID - 7070)bax çıgırtı. Körpü sakit oldu, səs və hay-küy, çığırıq kəsildi. T.Ş.Simurq.
|
ÇIĞIRIŞMA (ID - 7071)“Çığırışmaq”dan f.is.
|
ÇIĞIRIŞMAQ (ID - 7072)qarş. Bir ağızdan hamı çığırmaq, hamı birdən yerbəyerdən çığırmaq; bağırışmaq. Arvad qışqırdı, uşaqlar çığırışdılar, məcməyi üzüqoylu çevrilib, dolmanın hərəsi evin bir küncünə diyirləndi. Çəmənzəminli....
|
ÇIĞIRMA (ID - 7073)“Çığırmaq”dan f.is.
|
ÇIĞIRMAQ (ID - 7074)f 1. Bərk qışqırmaq, bağırmaq. Nə üçün çığırırsan? Çığırmaqdan səsi batdı. - Atalar doğru deyib: - Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı. Ə.Vəliyev.
// Çığıra-çığıra demək, bərk səslə demək. Polad... |
ÇIĞIRTI (ID - 7075)is. Bağırma, çığırıq səsi, qışqırıq, bağırtı. Rüstəm kişi əlini dəstəyin üstünə basaraq üzünü divara tutmuşdu ki, Telli arvadın çığırtısı raykomda eşidilməsin. M.İbrahimov. [Güllünün] diqqətini başı üzərindən...
|
ÇIĞIRTMA1 (ID - 7076)is. Qızardılmış pomidor, badımcan və ya ət tikələrindən ibarət xörək (bəzən yumurta da vurulur). Pomidor (badımcan) çığırtması. - [Fərhad:] Musa ilə ikimiz bir cücənin çığırtmasını bir çörək ilə doyunca yemişik. Ə.Haqverdiyev....
|
ÇIĞIRTMA2 (ID - 7077)“Çığırtmaq”dan f.is.
|
ÇIĞIRTMAQ (ID - 7078)icb. 1. Çığırmasına səbəb olmaq; bağırtmaq, qışqırtmaq.
Ağlatmaq, bağırtmaq. Uşağı nə üçün çığırdırsan? |
ÇIĞIRTMALIQ (ID - 7079)sif. Çığırtmaya yarayan, çığırtma üçün. Çığırtmalıq cücə.
|
ÇIĞLIQ (ID - 7080)is. Fəryad, fəğan, şivən. Ətrafda qarğaşalıq və çığlıq qopar. H.Cavid.
|
ÇIĞNAMAQ1 (ID - 7081)f Qarğını ortasından yarmaq.
|
ÇIĞNAMAQ2 (ID - 7082)f Ayaqlamaq, tapdalamaq.
|
ÇIXACAQ (ID - 7083) |
ÇIXAN (ID - 7084)is. riyaz. Çıxma əməlində: birinci ədəd (rəqəm); azalan.
|
Bu səhifə dəfə baxılıb