İzahlı lüğət

ÇİLSİFƏT(Lİ) (ID - 7235)

sif Üzündə çil olan; üzü çil-çil. Çilsifət tibb bacısı elə .. güldü ki, dəhlizə səs saldı. B.Bayramov.

ÇİM1 (ID - 7236)

is. 1. Torpağın, kökləri bir-birinə sarışmış sıx ot bitkiləri bitmiş üst qatı, təbəqəsi.
// Həmin qatdan kəsilmiş hissə. Uşaqlardan birisi yamacda çim kəsər, qalanları çimləri çılpaq kürəklərinə qalaq-qalaq yığıb...

ÇİM2 (ID - 7237)

əd. dan. 1. Xalis, qatışığı olmayan və ya çox az olan. Qərənfl xala Camal əmiyə dörd iri fətir uzadaraq: - Bunları tək-tək qoy, çünki çim süddə yoğurmuşam, kiflənə bilər. Ə.Vəliyev.
2. Başdan-başa, büsbütün. Xörək...

ÇİMÇİŞMƏ (ID - 7238)

“Çimçişmək”dən f.sif

ÇİMÇİŞMƏK (ID - 7239)

f 1. İyrənmək, ürəyi götürməmək, ikrah etmək. Çox yağlı ətdən adam çimçişir. - Həkim yazdığı dərmanı anama çətinliklə içirirdim. Çimçişirdi... Ürəyi götürmürdü. Mir Cəlal. [Sirat] lakin qızın çirkinliyini, artıq...

ÇİMDİK (ID - 7240)

is. İki barmağın ucu ilə birinin ətini tutaraq sıxma; burub çimdikləmə. [Uşaq] evə getməyə cürət etmədi, atasının yumruğundan və anasının çimdiyindən qorxdu. Çəmənzəminli.
□ Çimdik götürmək (almaq) - çimdikləmək....

ÇİMDİKLƏMƏ (ID - 7241)

“Çimdikləmək”dən f.is.

ÇİMDİKLƏMƏK (ID - 7242)

f İki barmağın ucu ilə birinin ətini tutub sıxmaq, incitmək, çimdik götürmək, çimdik almaq. [Güləndam:] Ay mürtəd oğlu mürtəd, adamı da elə çimdiklərlərmi? N.Vəzirov. Telli arvad birdən yaxınlaşıb, Pərşanın qolundan çimdiklədi.....

ÇİMDİKLƏŞMƏ (ID - 7243)

“Çimdikləşmək”dən f.sif.

ÇİMDİKLƏŞMƏK (ID - 7244)

qarş. Bir-birini çimdikləmək.

ÇİMDİRMƏ (ID - 7245)

“Çimdirmək”dən f.is.

ÇİMDİRMƏK (ID - 7246)

f. Su, sabun və s. ilə bədənini yumaq; yuyundurmaq, çimizdirmək. Uşaqları çox vaxt burada [suaxanda] çimdirib yuyundurardılar. H.Sarabski. [Qız] mətbəxdə su qoydu və anası gələnədək qardaşını çimdirib, başını, bədənini yudu....

ÇİMƏRLİK (ID - 7247)

is. Sututarı sahilində çimənlər üçün ayrılmış yer, plyaj. Çimərlikdə adamların istirahəti üçün hər cür şəraityaradılmışdır. (Qəzetlərdən).

ÇİMİR (ID - 7248)

: çimir etmək (almaq) - azca yatmaq, yuxulamaq, yuxusunu almaq, mürgüləmək, mürgü döymək. Öz-özümə dedim ki, onsuz yaşamaq nədir? Qaçdı gözümdən yuxu, ala bilmədim çimir. S.Rüstəm. [Veys:] İndi də, Əziz kişi, bir az işə...

ÇİMİŞMƏ (ID - 7249)

“Çimişmək”dən f.sif.

ÇİMİŞMƏK (ID - 7250)

qarş. Hamı bir yerdə çimmək. Soruşacaqsınız ki,.. uşaqlar şirin çimişdikləri yerdə niyə sudan çıxdılar, niyə Musa dayının səfəri ilə maraqlandılar? Mir Cəlal.

ÇİMİZDİRMƏ (ID - 7251)

“Çimizdirmək”dən f.sif.

ÇİMİZDİRMƏK (ID - 7252)

bax çimdirmək. [Qəhrəman] bəzən suyun ilıq olduğunu görərək, uşağı çayın nisbətən dərin və dalda bir yerində çimizdirirdi. S.Rəhimov. Miyançızadə əvvəlcə Nuriyevin uşaqlarını çimizdirdi, sonra kamali-səliqə ilə Nuriyevə...

ÇİMKİRMƏ (ID - 7253)

“Çimkirmək”dən f.sif.

ÇİMKİRMƏK (ID - 7254)

bax çımxırmaq. Mən qırmızı fəs deyiləm, bu başdan o başa qoyulam, ay Müqim! - deyə Zərintac xanım çimkirdi. S.Rəhimov.

ÇİMLƏMƏ (ID - 7255)

“Çimləmək”dən f.sif.

ÇİMLƏMƏK (ID - 7256)

f. Çimlə örtmək (b ax çim1).

ÇİMLİ (ID - 7257)

sif Çimi olan, çim basmış, çimlə örtülmüş (bax çim1#). Çimli gölməçə. Çimli nohur.

ÇİMMƏ (ID - 7258)

“Çimmək”dən f.sif

ÇİMMƏK (ID - 7259)

f Yuyunmaq. Vannada çimmək.
[Məşədi İbad:] Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Ü.Hacıbəyov.
// Sərinlənmək, yuyunmaq və b. məqsədlə suya girmək. Çayda çimmək....

ÇİN1 (ID - 7260)

is. Taxıl, ot və s. biçmək üçün qısadəstəli, dişli, yarımdairəvi kənd təsərrüfatı aləti; dişli oraq. Çinlə ot biçmək. - Şuma vacibdi çünki beş cüt kəl; Biçinə çin gərəkdir, xırmana vəl. S.Ə.Şirvani. Götürüb kəndlilər...

ÇİN2 (ID - 7261)

is. dan. Dəfə, kərə. [Zeynal:] Məni dünya tanıyır. Sözü bir çin söyləyərəm.
C.Cabbarlı.

ÇİN3 (ID - 7262)

is. dan. Təbəqə, qat, lay.
// Qalaq, yığın. Dədə, mən də ocağın gözünə odun gətirmişəm - deyə üstəlik olaraq Həzi də çindən odun gətirir. S.Rəhimov.
// Sıra. Ləməyə iki çin əlvan zərli çini kasa və boşqab düzülərdi....

ÇİN4 (ID - 7263)

zərf dan. Düz, doğru, düzgün.
□ Çin çıxmaq - doğru olmaq, düzgün olmaq, düz çıxmaq. Səlimnaz arvad yuxusunun çin çıxdığını görüb hönkürdü. M.Hüseyn.

ÇİN5 (ID - 7264)

[rus.] Rütbə, vəzifə, xidmət dərəcəsi. [Xortdan:] Əvvələn, oğlun həştad min tümən pul verib, bir yaranallıq çini aldı. Ə.Haqverdiyev.
// dan. Poqon.
□ Çini düşmək zar. kin. - vəzifədən düşmək, hörmətdən düşmək,...

ÇİNAR (ID - 7265)

is. bot. Yaşıl-boz rəngli qabığı və enli pəncəvari yarpaqları olan iri, hündür ağac. Dörd yanında bitib söyüdlə çinar; Üzər ol göldə qazlar, ördəklər. A.Səhhət. Ucaqamətli Nabat qoca çinarın kölgəsində durub Şəkərəlini...

ÇİNARLIQ (ID - 7266)

is. Çoxlu çinar ağacı bitmiş yer. Çinarlıqda yalnız başıma gəzdim; Bu halda incə bir inilti sezdim. H.Cavid.

ÇİNBƏÇİN (ID - 7267)

zərf Çin-çin, qat-qat, sıra ilə, səliqə ilə. Kitabları çinbəçin düzmək. - Qıvrım-qıvrım, həlqə-həlqə, çinbəçin; On dörd zülfün gördüm bel kənarında. “Qurbani”.

ÇİNCƏ (ID - 7268)

sif və zərf Çin dilində. Çincərusca lüğət. Çincə danışmaq.

ÇİN-ÇİN (ID - 7269)

sif və zərf Qat-qat, təbəqə-təbəqə, lay-lay, üst-üstə. Çin-çin yığılmış odun.
Taxçalarda xırda mücrülərin üstündən əlvan, çin-çin ipək boğçalar qoyulardı. H.Sarabski. Kəpəzdən yüksələn çin-çin buludlar; Əriyib...

ÇİNƏDAN (ID - 7270)

is. [fars.] Quşlarda, həşəratlarda və molyusklarda qidanın toplanması üçün qida borusunun yoğun hissəsi. [Qızılquş] öz balalarını ilk vaxtlarda çinədanında yumşaltdığı ətlə, sonralar kiçik quşlarla yemləyir. “Zoologiya”.
...

ÇİNİ (ID - 7271)

is. [coğr. addan] Müxtəlif məmulat istehsal etmək üçün istifadə olunan əla gildən hazırlanmış süni mineral kütlə.
// Həmin kütlədən hazırlanmış. Çini boşqab. - Qasid gəldi haf kimi; İncəlmişdi sap kimi; Gözlə, yarın...

ÇİNLƏMƏ1 (ID - 7272)

“Çinləmək1#”dən f.is.

ÇİNLƏMƏ2 (ID - 7273)

“Çinləmək2#”dən f.is.

ÇİNLƏMƏK1 (ID - 7274)

f. Çinlə biçmək. Otu çinləmək.

ÇİNLƏMƏK2 (ID - 7275)

ÇİNLƏNMƏ1 (ID - 7276)

“Çinlənmək1 ”dən f.sif.

ÇİNLƏNMƏ2 (ID - 7277)

“Çinlənmək2”dən f.sif.

ÇİNLƏNMƏK1 (ID - 7278)

məch. Çinlə biçilmək. Zəmi çinləndi.

ÇİNLƏNMƏK2 (ID - 7279)

məch. Çin-çin düzülmək, bir-birinin üstünə yığılmaq; qalanmaq. Dərənin içinə basdırılacaq payalar bir tərəfə çinlənir, qum ələnir, əhəng, torpaq bir qırağa təllənirdi. Ə.Vəliyev.

ÇİNLİ (ID - 7280)

is. Çin Xalq Respublikasının əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Puan Qay çinliləri ayıq salır, onlara edilən zülmü öz oyunları ilə nümayiş etdirir. S.S.Axundov.

ÇİNOVNİK (ID - 7281)

[rus.] 1. İnqilabdan əvvəlki Rusiyada: dövlət xidmətçisi, məmur. Polis çinovniki. Məhkəmə çinovniki. - Belə söyləyənlər də vardı ki, bir çox çinovniklər qaçaqlarla əlbir idilər, ola bilsin ki, belə də olaydı, çünki çar...

ÇİNŞÜNAS (ID - 7282)

is. Çinşünaslıq mütəxəssisi; sinoloq.

ÇİNŞÜNASLIQ (ID - 7283)

is. Çin dili, ədəbiyyatı, tarixi və mədəniyyətini öyrənən elmlərin məcmusu; sinologiya.

ÇİRİŞ1 (ID - 7284)

is. bot. Zanbaq fəsiləsinə mənsub yabanı bəzək və tərəvəz bitkisi. Azərbaycanın bir çox rayonlarında yerli əhali çirişdən tərəvəz kimi istifadə edir. “Elm və həyat”.

Bu səhifə dəfə baxılıb

......