İzahlı lüğət

ÇİMDİK

is. İki barmağın ucu ilə birinin ətini tutaraq sıxma; burub çimdikləmə. [Uşaq] evə getməyə cürət etmədi, atasının yumruğundan və anasının çimdiyindən qorxdu. Çəmənzəminli.
□ Çimdik götürmək (almaq) - çimdikləmək. Molla heç bir söz deməyib, Teymura yaxınlaşır. Onun böyründən möhkəm bir çimdik götürür. “M.N.lətif’. Bir çimdik - iki və ya üç barmaqla götürülə bilən miqdar; azacıq. [Tələbə] yumurta boyda bir qırmızı pomidoru yarı bölüb, üstünə bir çimdik duz səpdi. Qantəmir. [Ana:] Srağagün də aləmi gəzdim, bir çimdik çay tapa bilmədim. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed