İzahlı lüğət

ÇUBUQLANMAQ (ID - 7585)

məch. Çubuqla vurulmaq, çubuqla döyəclənmək, çubuqla çırpılmaq.
// Çubuqla döyülmək, çubuqla vurulmaq.

ÇUBUQLAŞMA (ID - 7586)

“Çubuqlaşmaq”dan f.sif.

ÇUBUQLAŞMAQ (ID - 7587)

qarş. Çubuqla bir-birini vurmaq, çubuqla vuruşmaq.

ÇUBUQVARİ (ID - 7588)

sif. Çubuq kimi nazik və düz.

ÇUDU (ID - 7589)

is. Lay-lay xəmirdən ətli və ya qozlu qoğal.

ÇUĞLAMAQ (ID - 7590)

f Xəbərçilik etmək.

ÇUĞUL (ID - 7591)

is. Xəbərçi, şeytanlıq edən adam. Qaçaq Nəbi gün yağlanmamışdan durur, həndəvərə göz gəzdirir. Həcərin “Ay Nəbi, niyə yatmırsan? ” sorğusuna qarşı, “çuğul ölməyib” deyə cavab verirdi. S.Rəhimov. Gəzir könülləri...

ÇUĞULÇU (ID - 7592)

ÇUĞULLAMA (ID - 7593)

“Çuğullamaq”dan f.sif.

ÇUĞULLAMAQ (ID - 7594)

f Xəbər vermək, xəbərçilik etmək, şeytanlamaq. [Əsli:] Kərəm, atam səni Süleyman paşaya çuğullayıb. “Əsli və Kərəm”. [Nabat:] Ağa, vallah, yalan deyir, nahaq yerdən gəlib məni sənə çuğullayır. S.S.Axundov.

ÇUĞULLUQ, ÇUĞULÇULUQ (ID - 7595)

is. Xəbərçilik, şeytanlıq. [Bayram:] İndi sən [Pərzad] istərsənmi ki, mən özümü bədnam edib, çuğulçuluq adını üstümə götürüm? M.F.Axundzadə.

ÇUĞUNDUR (ID - 7596)

is. bot. Qırmızı və ya ağrəngli iri yumruları və iri yarpaqları olan bostan bitkisi. [Rüstəm] bir neçə yaxşı şumlanmış, hətta çuğundur və soğan əkilmiş sahəyə baxdı. M.İbrahimov.
// Həmin bitkinin qırmızı və ağrəngli...

ÇUĞUNDURÇU (ID - 7597)

is. Çuğundurçuluq mütəxəssisi.

ÇUĞUNDURÇULUQ (ID - 7598)

is. Kənd təsərrüfatının çuğundur əkib-becərməklə məşğul olan sahəsi.

ÇUĞUNDUROTU (ID - 7599)

is. bot. Üstü tüklə örtülü bir, iki və ya çoxillik ot bitkisi.

ÇUĞUNDURYIĞAN, ÇUĞUNDURÇIXARAN (ID - 7600)

is. Çuğunduru yerdən çıxarıb yığan maşın. Yeni markalı çuğunduryığan (çuğundurçıxaran).
// Sif. mənasında. Çuğunduryığan maşın.

ÇUXA (ID - 7601)

is. Qafqazlıların üstdən geyilən, beli büzməli, uzun, kişi milli geyimi. Çərkəzi çuxa (döşündə vəznələri olan çuxa növü). - [Usta Ağabala] dolahadola neçə arşın qurşağını açıb tökdü və sonra çuxa, arxalıq, canarxalıq...

ÇUXALI (ID - 7602)

sif. Əynində çuxa olan, çuxa geymiş. Çuxalı qoca. - Qara çuxalı bir düşmən süvarisi özünü yetirərək komandanı yaraladı. H.Nəzərli.

ÇUXALIQ (ID - 7603)

is. Çuxa tikmək üçün parça. Qəmər şalı öz əri üçün çuxalıq toxumuşdu. Ə.Vəliyev.
// sif. Çuxa üçün yararlı. Çuxalıq mahud.

ÇUXUR (ID - 7604)

is. 1. Yer səthindən aşağı çökmüş, oyulmuş yer; oyuq, çala. Məmməd bir böyük və dərin çuxur qazıb, eşşəyin leşini ora saldı, üstünü torpaqladı. E.Sultanov. Çəpərlərdən çıxan tikan kolları oynaya-oynaya gəlib yol çuxurlarında...

ÇUXURCUQ (ID - 7605)

kiç. Kiçik çuxur, balaca çuxur.

ÇUXURLANMA, ÇUXURLAŞMA (ID - 7606)

“Çuxurlanmaq”, “çuxurlaşmaq”dan f.is.

ÇUXURLANMAQ, ÇUXURLAŞMAQ (ID - 7607)

f Çuxur əmələ gəlmək, dərinləşmək, çuxura düşmək. Ələsgər gördü ki, bu gözəlin zənəxdanının böyründə bir cüt həbəşi xalı var, gözlər güləndə üz çuxurlanıb, xallar gizlənir. “Aşıq Ələsgər”. [Şah] isə...

ÇUXURLUQ (ID - 7608)

is. Çuxur yer, çalalıq. Çuxurluqda gizlənmək.

ÇUQUN (ID - 7609)

is. [rus.] 1. Polad almaq və ya tökmə məmulatı hazırlamaq üçün işlədilən karbonla dəmirin xəlitəsi. Çuqun əritmək.
2. Həmin metaldan qab. Çuqunda xörək bişirmək.
// Bu metaldan hazırlanmış. Çuqun qazan. - İmran kişi...

ÇUQUNƏRİTMƏ, ÇUQUNTÖKMƏ (ID - 7610)

is. Çuqun əridilən, tökülən (zavod, sex və s.). Çuqunəritmə sənayesi. - Çuquntökmə sexini yenidən qurmaq üçün hazırlıq aparılır.

ÇUL (ID - 7611)

is. 1. Üstündə oturmaq və ya soyuqdan qorunmaq üçün atın və bəzi başqa heyvanların dalma salman qıldan və ya yundan toxunma qalın örtük. Şirməmməd öküzləri rahatladı, çullarını alıb qabaqlarına yem tökdü. E.Sultanov. [Nisə...

ÇUL-ÇUXA (ID - 7612)

top. isteh. köhn. Geyim, paltar (adətən dəbdən çıxmış paltar haqqında). Yamayardım babamın çul-çuxasın. M.Ə.Sabir. [Balaş Sevilə:] ..Kişi üçün də bu dal otaqda yer sal, tez yatsın, çul-çuxası ilə həyətəzada çıxar, biabır...

ÇULĞA(LA)MA (ID - 7613)

“Çulğa(la)maq”dan f.sif.

ÇULĞA(LA)MAQ (ID - 7614)

bax qaplamaq. Səhərdir, günəşin rəngi sapsarı; Sarılıq çulğamış ağ buludları. S.Vurğun. Silah səsləri sahili çulğaladı. M.Hüseyn.

ÇULĞA(LA)NMA (ID - 7615)

“Çulğa(la)nmaq”dan f.is

ÇULĞA(LA)NMAQ (ID - 7616)

f Bürünmək, qapanmaq, dürtülmək. Qaranlığa çulğalanmış (f.sif.) bir çox evlərin sahibləri hələ tarladan qayıtmamışdılar. T.Ş.Simurq. Çulğalanıb çən və dumanla bayır; Mürgüləyir dağ, dərə, orman, çayır. A.Şaiq.

ÇULLAMA (ID - 7617)

“Çullamaq”dan f.sif

ÇULLAMAQ (ID - 7618)

f 1. Dalına çul qoymaq (heyvanın). Atı çullamaq. - Molla öküzünü çullayır, ağzına da bir yüyən vurub meydana gəlir. “M.N.lətif.”. [Nəbi:] And içirəm, sənə məxmər çullaram; Bozat, qurtar məni, aman günüdür. “Qaçaq Nəbi”.
2....

ÇULLANMA (ID - 7619)

“Çullanmaq”dan f.sif

ÇULLANMAQ (ID - 7620)

1. məch. Dalına çul qoyulmaq (heyvanın).
2. dan. qayıd. zar. Üst-üstə çoxlu paltar geymək, qalın geymək. Nə olub belə çullanıbsan?

ÇULLATMA (ID - 7621)

“Çullatmaq”dan f.sif

ÇULLATMAQ (ID - 7622)

icb. Dalına çul qoydurmaq (heyvanın). Atı çullatmaq. - [Koroğlu Həmzəyə:] Qış olanda məxmər çullat! At igidin qardaşıdı. “Koroğlu”.

ÇULLU (ID - 7623)

sif Çulu olan, çullanmış, dalına çul qoyulmuş. Çullu at.
□□ Ağzına çullu dovşan yerləşmir (sıgmır) - b ax agız1#

ÇUMUR, ÇUMUR-ÇUMUR (ID - 7624)

is. Kiçik qum təpəciyindəki qumu hərə barmaqla öz tərəfinə çəkməkdən ibarət uşaq oyunu. Çumur (çumur-çumur) oynamaq.

ÇUR! (ID - 7625)

Uşaq oyunlarında: qadağan olunmuş bir şeyə toxunmaqdan və ya başqa işdən saqındırmaq üçün işlədilən nida, söz. Çur səndən, cığallamaq məndən. (Ata. sözü).

ÇURSAF (ID - 7626)

is. “Çur” deyilmədiyi halda oyunda istifadə olunan şeyləri götürmək istərkən işlədilən söz. “Çursaf’ deyib topu götürmək. - Bir keçəl bir uşağa aşıqlarını uduzub, çursaf eləyib aşıqları götürdü. (Nağıl).

ÇUST (ID - 7627)

is. Dabansız, yüngül ayaqqabı. Çust geymək. - Yağış yağanda sel gətirən köhnə başmaqları, çustları, çəkmələri, çarıqları [Şeyx Şaban] yığıb, qalıba vurub, yamayıb ucuz qiymətilə - cütünü altı şahıdan, bir abbasıdan...

ÇUŞKA (ID - 7628)

is. 1. Külçə xammal.
□ Çugun çuşkası.
2. məc. Xam adam (jarqonizm).

ÇUVAL (ID - 7629)

is. 1. Böyük kisə, xaral. Bayram oldu, heç bilmirəm neyləyim: Bizim evdə dolu çuval da yoxdur. M.P.Vaqif. Qızlar sabah tezdən .. pambıqları yığacaq, çuval və xarallara doldurub təhvil verəcəklərdi. Ə.Vəliyev.
2. Saylardan sonra...

ÇUVALDUZ (ID - 7630)

is. İti ucu yastı və əyri iri qıyıq. İynəni özünə, çuvalduzu yoldaşına. (Ata. sözü). Axşam namazından, şam yeməyindən sonra, əlində çuvalduz çarığını köşələyən Salman kişi ayaq səsi eşitdi. Mir Cəlal.

ÇUVAŞ (ID - 7631)

is. Çuvaş Respublikasının əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam.

ÇUVAŞCA (ID - 7632)

sif və zərf Çuvaş dilində. Çuvaşca danışmaq. Çuvaşca-rusca lüğət.

ÇÜN (ID - 7633)

[fars.] klas. köhn. bax çünki. [Münəccim dedi:] Yuxunun mənasını tapsa o qoca tapar, çün belə yuxuların mənasını tapmaq bizim işimiz deyil. (Nağıl). Dezdemona dəsmalı arayıb tapmayanda, ziyadə təşvişə düşmüşdü və hər kəsdən...

ÇÜNKİ (ID - 7634)

bağl. [fars.] Ona görə ki, bundan dolayı, bu səbəbdən. [Vaqif] ehtiyat edirdi, çünki bu görüş yanlış şayiələr doğura bilərdi. Çəmənzəminli. [Əsgər:] Yəqin ki, getməz, çünki o, bəy qızıdır. Ü.Hacıbəyov.
// Bir halda...

Bu səhifə dəfə baxılıb

......